AnalitikaGündəmSiyasət

Azərbaycanın müstəqil xarici siyasəti

Azərbaycanın milli maraqları hər zaman ölkənin öz müstəqil və suveren yeri üzərində qurulub. Azərbaycan heç bir xarici dövlətə və ya beynəlxalq təşkilata arxalanmadan öz milli maraqlarını qorumaq üçün uzun illər boyu müstəqil siyasət aparmışdır. Bu yanaşma, Azərbaycanın geosiyasi müstəqilliyinin qorunmasında, həmçinin regional və beynəlxalq səviyyədə ölkənin mövqeyinin güclənməsində mühüm rol oynamışdır.

Azərbaycanın müstəqil siyasəti, xüsusilə 44 günlük Vətən müharibəsində özünü büruzə verdi. Azərbaycan heç bir xarici təsisatın və ya dövlətin dəstəyinə arxalanmadan, öz ordusunun gücü və xalqın birliyi ilə ərazi bütövlüyünü bərpa etdi. Bu, Azərbaycanın öz milli maraqlarını qorumaqda nə qədər qətiyyətli olduğunu göstərən bariz bir nümunədir. Beynəlxalq münasibətlərdə Azərbaycanın prinsipləri dəyişməz qalmaqdadır.

Xəyal Rzazadə,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button