Analitika

Azərbaycanın Mərkəzi Asiyada söz sahibi olması bizim böyük siyasi uğurumuz kimi qiymətləndirilə bilər

Mərkəzi Asiya regionu dünyada cərəyan geosiyasi proseslərin periferiyası hesab olunsa da bir sıra geosiyasi, geoiqtisadi kriteriyalarına görə Avrasiya məkanının vacib bölgələrindən hesab edilməlidir. Asiyanın bu regionunda baş verən proseslərin, hadisələrin nəticələri yalnız bölgə dövlətlərinə deyil, həm də qonşu ölkələrə, regionlara da ciddi təsir etmək gücündədir. Regionun təhlükəsizlik mühitini bir sıra daxili və xarici amillər formalaşdırır ki, onlardan biri də bölgədə cərəyan edən geosiyasi proseslərdir. Mərkəzi Asiyanı bizim üçün maraqlı, aktual edən digər vacib məqam ölkəmizə coğrafi yaxınlığı, tarixi, mədəni, iqtisadi əlaqələrin, etnik bağların mövcudluğudur.

XX əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası yerləşdiyi mövqeyə görə istər Mərkəzi Asiya ölkələrinin, istərsə də Avropa ölkələrinin iqtiadi siyasətlərində yer tutmaq müvəffəqiyyətini əldə etmiş və  bu amillər də respublikamızın iqtisadi potensialına, inkişaf prioritetlərinə, xüsusilədə xarici iqtisadi siyasətinin formalaşmasına mühüm təsir göstərmişdir. Bu gün Xəzər regionu böyük neft hövzəsi kimi strateji və geoiqtisadi mövqe baxımından, Şərq-Qərb, Şimal-Cənub tranzit-kommunikasiya sistemlərinin qovşağında dayandığından dünyanın aparıcı dövlətlərinin daim diqqət mərkəzindədir. Mövzunun aktuallığını şərtləndirən amillərdən biri Azərbaycann Qafqaz və Mərkəzi Asiya regionunda tutduğu mövqeyi, bu regionda iqtisadi əlaqələrin gücləndirilməsi strategiyasıdır. Tədqiqat işində neft strategiyası Azərbaycanın hərtərəfli inkişafı üçün hərəkətverici qüvvə kimi qiymətləndirilir. Mövzunun aktuallığını şərtləndirən digər amil isə respublikamızın beynəlxalq əlaqələrdə siyasətinin qarşısında duran ən mühüm problemlərdən biri olan Xəzərin hüquqi statusu məsələsində Xəzər hövzəsi dövlətlərinin tutduğu mövqeyin təhlili və buna elmi-konseptual yanaşma cəhdidir. Bu baxımdan müstəqil Azərbaycan Res­publikasının Mərkəzi Asiya dövlətləri ilə sosial-iqtisadi, əlaqələrinin tədqiqi yüksək həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edir.

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə odur ki, bu dəhliz coğrafi baxımdan bütün Türk dünyasını birləşdirəcək. Bu dəhlizin açılması ilə vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək” sözləri də həyatda öz əksini tapacaq.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button