Analitika

Azərbaycanın gözəl diyarı Xankəndi

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev oktyabrın 15-də Qarabağdakı işğalçı rejimin vaxtilə “paytaxt” hesab etdiyi  Xankəndi  şəhərində və 1992-ci  ildə 613 dinc sakinin qətlə yetirildiyi Xocalıda Azərbaycan   Bayrağını  ucaldıb. Bu  gün bütün  Azərbaycan xalqı ürəkdən  sevinir, bütün  Azərbaycan  xalqı  “Allaha  şükür  deyir. Bu  günü  biz  30  ildən  çox  gözləmişik.  Ancaq  hər  birimiz   əminəm  və  inanırdıq ki,  bu  gün  gələcək.

Bu  illər  ərzində  Azərbaycan   gücləndi, Azərbaycan  dünya  miqyasında   özünə  layiq yerini  tuta  bildi. Artıq   Azərbaycanla    dünyada   hesablaşırlar.  Ölkəmizin  mövqeyi, dövlətimizin  addımları  nəinki  bölgədə, daha  da  böyük  coğrafiyada  böyük məna  daşıyır. Müstəqillik  heç  vaxt  şərti  olmamalıdır.  Əsl  müstəqilliyə  nail  olmaq  üçün  güclü  iqtisadiyyatın  olmalıdır, güclü  ordun  olmalıdır.   Ordumuzun  gücləndirilməsi   işində  yorulmadan  çalışdıq.  Elə  bir güclü  ordu  yaratdıq   ki, bu  gün  Azərbaycan  Silahlı  Qüvvələri  istənilən  vəzifəni  şərəflə  yerini  yetirə  bilər  və  biz  bunu  döyüş  meydanında   sübut  etdik, həm  üç  il  bundan öncə  cəmi  44  gün  ərzində  düşməni   kapitulyasiya   aktına  imza   atnağa  məcbur  etdik,  eyni  zamanda , keçən  ay cəmi  23   saat    davam  edən  antiterror   əməliyyatı   bizim  gücümüzü   göstərdi   və   yenə   də   düşmən  ağ  bayraq   qaldıraraq   təslim  oldu.  Biz haqlı  olaraq   Silahlı  Qüvvələrimizlə  fəxr  edirik, onlar   bizim  qürur   mənbəyimizdir. Təkcə   Azərbaycan  vətəndaşları   yox,  əminəm  ki, dünyada   yaşayan  on  milyonlarla azərbaycanlı  Azərbaycan  əsgəri  və  zabiti   ilə, Azərbaycan  dövləti   ilə fəxr  edir.

Prezident   İlham  Əliyev  qeyd  etmişdi ki,Xankəndində  olmağımızın  əsas   səbəbkarı    Azərbaycan  xalqıdır, Azərbaycan övladıdır. Allah   bütün   şəhidlərimizə   rəhmət  eləsin. Biz  onların  ruhu   qarşısında   baş  əyirik. Biz  Azərbaycan xalqı  olaraq  onlara  əbədi  borcluyuq.

Prezident   İlham  Əliyevin  Xankəndində    Azərbaycan  Bayrağını   qaldırması  bu  ölkənin  bütün  ərazisində  nəzarəti  bərpa  etməsini  simvolizə  edir. Prezident   İlham  Əliyev   Qarabağın  digər  yaşayış   məntəqələrində, o cümlədən  Ağdərə, Xocalı, Kərkicahan   və  Malıbəylidə olub, Azərbaycanın   Üçrəngli  Dövlət   Bayrağını  ucaldıb. 2020-ci  ildə  baş  verən  müharibə  nəticəsində   Azərbaycan   Qarabağın  böyük  hissəsinə   nəzarəti    bərpa   edib.  Ötən  ay  isə  Azərbaycan   Ordusu  bölgənin  qalan  hissəsindən  erməni  silahlı  qüvvələrini   darmadağın   edərək   onları  təslim  olmağa  məcbur   edib. Prezident  İlham  Əliyev  Qarabağda  Azərbaycan  hakimiyyətini   görmək  üçün  20  il  gözlədiyini   bildirib. Həmçinin   qeyd  edib  ki,bu  Qələbə  bizim  tariximizdə  əbədi  olacaq.

Xankəndində  qaldırılan  Bayraq   əbədi   dalğalanacaq və  Xankəndindən   olan  vətəndaşlar   burada   əbədi  yaşayacaq. Qarabağ  bizimdir, Qarabağ  Azərbaycandır!

Ofelya Nəsirova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button