
Uzun illərdir ki, Azərbaycan beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş imici qazanıb. Bu nüfuz təkcə resursların zənginliyi ilə deyil, öhdəliklərə sadiqlik və tərəfdaşlıq münasibətlərinə hörmətlə bağlıdır. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının son iclaslarında bu xüsusiyyətlər bir daha ön plana çıxdı.
Prezident İlham Əliyevin çıxışlarında xüsusi vurğulanan məsələ sabitliyin və etibarlılığın strateji üstünlüyə çevrilməsi idi. İştirakçı ölkələrin nümayəndələri Azərbaycanın zamanında və şəffaf şəkildə üzərinə düşən vəzifələri yerinə yetirməsini regional enerji əməkdaşlığının təməl daşı kimi dəyərləndirdilər. Bu, gələcək layihələr üçün də möhkəm zəmin yaradır.
Davamlı inkişafın və yaşıl enerji keçidinin qlobal gündəmdə olduğu bir dövrdə, Azərbaycanın həm klassik, həm də alternativ enerji sahəsində tərəfdaşlığa açıq olması, onu regional deyil, qlobal oyunçuya çevirir. Bu istiqamətdə ölkənin etibarlılığı təkcə keçmişin yox, gələcəyin də təminatıdır.
Nigar Cəlalova,
YAP Xəzər rayon təşkilatının fəalı