
2025-ci ilin aprel ayında, Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında mühüm çıxışlar edib. Bu çıxışlar, Azərbaycanın enerji siyasətindəki strateji istiqamətləri, beynəlxalq əməkdaşlığı gücləndirməyi və regional enerji təhlükəsizliyini təmin etməyi hədəfləyən məqsədləri ilə diqqət çəkib.
Cənub Qaz Dəhlizi, Azərbaycan üçün regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm layihələrdən biridir. Bu layihə, Azərbaycan qazının Avropaya ixracını təmin etmək üçün genişlənən və inkişaf edən bir infrastrukturun əsasında durur. Prezident İlham Əliyev öz çıxışında Cənub Qaz Dəhlizinin artıq Avropanın enerji xəritəsində vacib bir mövqeyə gəldiyini qeyd etdi. Dəhlizin tamamlanmasının Avropanın enerji bazarlarında diversifikasiyanın artırılmasına, həmçinin enerji asılılığının azaldılmasına mühüm töhfə verdiyini vurğuladı. Prezident İlham Əliyev, Cənub Qaz Dəhlizinin təkcə qaz nəqlini deyil, həm də iqtisadiyyatların inkişafını, ticarət əlaqələrinin gücləndirilməsini və regional təhlükəsizliyin təmin edilməsini nəzərdə tutduğunu bildirdi. Azərbaycan, bu layihənin nəticəsi olaraq, həmçinin Avropa ilə daha sıx siyasi və iqtisadi əlaqələr qurmağı hədəfləyir.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının iştirakçılarına nəzər yetirdikdə yaxın gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır.
Dövlətimizin getdikcə güclənməsi və dövlətlər arasında öz layiqli yerini tutmasında Ulu Öndərimiz Heydər Əliyevin də dəstixətdi böyük rol oynamışdır. Bir dövlət üçün bu işlərin görülməsi Ulu Öndər Heydər Əliyevin və dövlət başçımız Cənab İlham Əliyevin vətəninə,millətinə olan qayğısından irəli gəlmişdir.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı