Prezident İlham Əliyevin COP29 Liderlər Sammitindəki çıxışı Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qlobal səylərdə oynadığı rolu bir daha nümayiş etdirdi. Azərbaycan, iqlim dəyişikliyinə qarşı mübarizədə hər zaman fəal olmuşdur və bu sammit çərçivəsində dünya ictimaiyyətinə öz mövqeyini bir daha çatdırdı. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, iqlim dəyişikliyi təkcə ətraf mühitə deyil, həm də iqtisadiyyata, sosial həyata və qlobal təhlükəsizliyə ciddi təsir edir. Bu qlobal problemə qarşı birlikdə mübarizə aparmaq vacibdir.Azərbaycan öz təcrübəsini paylaşmaq və digər ölkələrə dəstək olmaq üçün açıqdır. Xəzər dənizinin səviyyəsinin azalması və ölkəmizin dağlıq ərazilərində qar örtüyünün sürətlə əriməsi kimi hadisələr iqlim dəyişikliklərinin bizim üçün real təhlükə olduğunu göstərir. Bu problemlərin həlli yolunda Azərbaycan qlobal tərəfdaşları ilə əməkdaşlıq edir.
COP29-un Bakıda keçirilməsi Azərbaycanın bu sahədə öhdəliklərə sadiq olduğunu göstərir. Cənab prezident çıxışında, xüsusilə də, kiçik ada dövlətlərinin iqlim dəyişikliklərindən ən çox əziyyət çəkdiyini vurğuladı. Bu dövlətlərin səsi qlobal arenada eşidilməlidir və Azərbaycan onların müstəqil, təhlükəsiz gələcəkləri üçün dəstək verməyə hazırdır. Cənab prezident qeyd etdiyi kimi, Azərbaycan artıq bir neçə ada dövlətinə maliyyə yardımı və təqaüd proqramları ilə dəstək olub. Bu səylər, kiçik ada dövlətlərinin üzləşdiyi fəlakətlərin təsirlərini azaltmağa yönəlib.Azərbaycanın bu sahədə həyata keçirdiyi təşəbbüslər təkcə regional deyil, həm də qlobal miqyasda əhəmiyyət daşıyır. Azərbaycanda keçirilən tədbirlər vasitəsilə dünya ölkələri birgə fəaliyyətin vacibliyini daha dərindən dərk edir.
Prezident İlham Əliyev, iqlim dəyişikliyinin qaçılmaz təsirləri ilə üzləşən ölkələrə, xüsusən də ən həssas ölkələrə dəstəyin artırılmasının vacibliyini vurğuladı. Onun rəhbərliyi altında Azərbaycan bu qlobal problemin həllində həmrəylik nümayiş etdirir.Prezident İlham Əliyevin çağırışları bir daha göstərdi ki, Azərbaycan yalnız öz ölkəsinin deyil, həm də qlobal cəmiyyətin maraqlarını qorumağa çalışır. Azərbaycanın COP29-da sədrliyinin başlıca məqsədi hər bir ölkəyə iqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizədə kömək etməkdir. Azərbaycan qlobal səylərə dəstək olaraq, qlobal istiləşmənin qarşısını almaq üçün təsirli tədbirlər görməkdə israrlıdır.
Bu sammit çərçivəsində qəbul olunan Bakı Kommünikesi, Prezident İlham Əliyevin səylərinin nəticəsi olaraq mühüm bir sənəd kimi qiymətləndirilir. Bu sənəd, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində bütün ölkələri bir araya gətirir və iqlim maliyyəsinin əlçatanlığını artırmaq üçün çağırış edir. Bu fond vasitəsilə ehtiyac duyan ölkələrə maliyyə yardımı göstəriləcək və bu, Azərbaycanın iqlim dəyişikliklərinə qarşı fəal mövqeyinin bir göstəricisidir.Prezident İlham Əliyev Azərbaycanın fəlakət qarşısında həssas olan ölkələrə kömək etmək üçün təbii fəlakətlərin təsirlərini azaltmağa yönəlmiş layihələrdə iştirakını da qeyd etdi. Azərbaycan artıq dünya ölkələri üçün iqlim dəyişikliyi sahəsində əhəmiyyətli tərəfdaş olaraq tanınır. Azərbaycan, həm də iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərin əsas iştirakçılarından biri kimi çıxış edir. Azərbaycanın gələcək fəaliyyətləri bu istiqamətdə daha da möhkəmləndiriləcək və ölkəmiz öz tərəfdaşları ilə birlikdə iqlim dəyişikliyinə qarşı mübarizəni davam etdirəcəkdir.
Sahil Əliyev,
YAP-ın gənc fəalı