Gündəmİdman

Azərbaycanı Avropa çempionatında 4 şahmatçı təmsil edəcək

Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək rapid və blits üzrə Avropa çempionatında Azərbaycanı təmsil edəcək şahmatçılar bəlli olub.

Gundemws.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda yığmanın dörd üzvü mübarizə aparacaq. Bunlar Eltac Səfərli, Rauf Məmmədov, Namiq Quliyev və Məhəmməd Muradlıdır.

Qeyd edək ki, Avropa çempionatı dekabrın 6-dan 11-dək təşkil olunacaq.

Oxşar Xəbərlər

Back to top button