AnalitikaGündəmSiyasət

Azərbaycan yeni qlobal reallıqlara strateji uyğunlaşma nümayiş etdirir

Dünyada müşahidə olunan siyasi, iqtisadi və texnoloji dəyişikliklər hələ başlanğıc mərhələsindədir. İqlim dəyişikliyi, süni intellektin yüksəlişi, enerji keçidi və geosiyasi güc balanslarının dəyişməsi yaxın illərdə qlobal münasibətlərin daha da yenilənməsinə səbəb olacaq. Bu dəyişikliklər yalnız forma deyil, məzmun baxımından da əvvəlki sistemləri köklü şəkildə sarsıdır.

Prezident İlham Əliyev çıxışlarında bu prosesləri vaxtında analiz edir və Azərbaycanın strateji xəttini məhz gələcəyin çağırışlarına uyğun şəkildə qurur. O bildirir ki, qlobal dəyişikliklərin əsas mərhələsi hələ qarşıdadır və dövlətlər bu yeni dövrə hazır olmalıdır. Bu baxımdan, Azərbaycanın həm iqtisadi, həm də diplomatik sahədə atdığı addımlar, ölkənin çevik və dayanıqlı sistem qurmaq istədiyini sübut edir.

Dəyişikliklərin indi başlanması gələcək üçün həm risk, həm də imkanlar yaradır. Kim bu mərhələdə doğru mövqe tutacaqsa, sabahın aparıcı aktorlarından birinə çevriləcək. Azərbaycan da məhz bu fəlsəfə ilə öz milli strategiyasını yeni qlobal reallıqlara uyğunlaşdırır və gələcəyə inamla baxır.0

Ləman Məmmədova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button