AnalitikaGündəmSiyasət

Azərbaycan yeni dünya nizamının formalaşmasında fəal rol oynayır

Prezident İlham Əliyevin 9 aprel 2025-ci ildə ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumdakı çıxışı, Azərbaycanın xarici siyasətinin, regional təhlükəsizliyin və beynəlxalq hüququn müasir çağırışlarına verdiyi cavabları əks etdirən mühüm bir sənəd kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyev çıxışında, beynəlxalq münasibətlərdəki qeyri-müəyyənliklərə və mövcud böhranların artmasına diqqət çəkərək, yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolunu vurğuladı O, müasir dünyada beynəlxalq hüququn və ədalətin təbliğinə sadiq qalaraq, Azərbaycanın öz gücü ilə gələcəyini qurduğunu bəyan etdi.

Prezident, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiqləd. O, Ermənistanla sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edərək, bu istiqamətdə konkret addımların atılmasının zəruriliyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın regional inkişafda lider rolunu oynadığını qeyd etdi. O, ölkənin iqtisadiyyatını diversifikasiya edərək qeyri-neft sektorunun inkişafına önəm verdiyini və bu sahədə əldə olunan uğurları vurğuladı Eyni zamanda, regional əməkdaşlıq formatlarının yaradılmasında Azərbaycanın təşəbbüskarlığını və bu sahədəki uğurlarını diqqətə çatdırdı.

Prezident, beynəlxalq hüququn bəzən səmərəsiz olduğunu etiraf edərək, Azərbaycanın öz milli maraqlarını qorumaq üçün güc amilinə əsaslandığını bildirirdi. O, beynəlxalq təşkilatların qərarlarının bəzən effektiv olmadığını qeyd edərək, Azərbaycanın müstəqil siyasətini davam etdirəcəyini bəyan etdi.

Çıxışında, Prezident Əliyev Azərbaycanın geosiyasi mövqeyini və beynəlxalq əlaqələrini genişləndirmək istiqamətində atdığı addımları vurğuld. O, ölkənin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını və bu sahədə əldə etdiyi uğurları diqqətə çatdırdı.

Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışı, Azərbaycanın müstəqil və balanslı xarici siyasətinin, regional inkişaf strategiyalarının və beynəlxalq hüququn təbliğinə verdiyi önəmin bir göstəricisii. Bu çıxış, həmçinin Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsində və beynəlxalq aləmdəki mövqeyinin gücləndirilməsində mühüm rol oynayacaq.

Günel Əbdülrəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button