
Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də mətbuata bəyanat veriblər. Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və gələcək planlar müzakirə edilib.
Prezident İlham Əliyev bildirib ki, Şimali Makedoniya Prezidenti Azərbaycana ikinci dəfə səfər edir və bu, ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini göstərir. O, Şimali Makedoniyanın COP29 konfransında fəal iştirak etdiyini qeyd edib və ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Azərbaycan lideri xüsusilə enerji sahəsində əməkdaşlığa diqqət çəkərək bildirib ki, artıq ölkəmiz Şimali Makedoniyaya təbii qaz ixrac etməyə başlayıb. Gələcəkdə bu həcmin artırılması və digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi planlaşdırılır.
Qordana Silyanovska-Davkova da çıxışında Azərbaycanla əlaqələrin inkişafından məmnun olduğunu bildirib. O, COP29 konfransının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb və ölkəmizlə mədəni, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini qeyd edib.
Hər iki prezident iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün birgə səylərin davam etdiriləcəyini bildiriblər.
Sevinc Əliyeva,
YAP-ın gənc fəalı