
Bir diplomatik sənədin imzalanması bəzən yalnız hüquqi çərçivə kimi görünə bilər, lakin 2023-cü il iyulun 3-də imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” bundan qat-qat artıqdır. Bu bəyannamə, qlobal çağırışların artdığı bir dövrdə iki ölkənin eyni ritmlə hərəkət etməyə qərar verdiyinin göstəricisidir.
Sənədin məğzində sadəcə dostluq deyil, qarşılıqlı güvən və uzunmüddətli vizyon dayanır. Azərbaycan üçün Çin — dünyanın ən iri iqtisadi güclərindən biri olaraq — həm texnologiya, həm kapital, həm də bazar baxımından strateji tərəfdaşdır. Çin üçün isə Azərbaycan — nəqliyyat dəhlizlərinin qovşağında yerləşən sabit və etibarlı ortaqdır. Bu sənədlə tərəflər yalnız bu günə deyil, gələcəyə sərmayə qoymuş oldular. Bəyannamənin təsdiqi, Cənubi Qafqazla Uzaq Şərq arasında körpü salmaq niyyətinin rəsmi təsdiqidir. Diplomatiyanın bu təntənəli addımı, iki millətin maraqlarını tək bir sənəddə birləşdirərək, tarixə strateji baxışın örnəyi kimi düşdü.
Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəalı