AnalitikaGündəmSiyasət

Azərbaycan və Çin arasında etibarlı tərəfdaşlıq regional sabitliyə mühüm töhfə verir

2023-cü il iyulun 3-də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin rəsmiləşdirilməsi üçün mühüm addım atıldı. Həmin gün iki ölkə arasında “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanaraq ikitərəfli əlaqələrin yeni mərhələsinə başlanıldı. Bu sənəd Bakı və Pekin arasında qarşılıqlı inam, hörmət və əməkdaşlığın artdığını nümayiş etdirən mühüm siyasi akt kimi tarixə düşdü.

Birgə Bəyannamədə tərəflər regional və qlobal məsələlərdə qarşılıqlı dəstək göstərməyə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə sadiq olduqlarını təsdiqlədilər. İqtisadi, ticarət, enerji və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi prioritet kimi qeyd edildi. Eyni zamanda, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün tərkib hissəsi olan Orta Dəhlizdə Azərbaycanın rolu xüsusi vurğulandı.

Sənədin imzalanması Azərbaycan-Çin münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Strateji tərəfdaşlıq yalnız iqtisadi deyil, həm də mədəni və humanitar sahələrdə yaxınlaşmanı sürətləndirəcək, uzunmüddətli sabitlik və qarşılıqlı fayda əsasında formalaşan əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradacaq.

Ələkbər Novruzov,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button