AnalitikaGündəmSiyasət

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər

Azərbaycan tarixində şərəfli günlər çoxdur. Bunlardan biri də keçən əsrdə müsəlman şərqində ilk müstəqil respublika yaradılması,bir sıra ilklərə imza atması olmuşdur. Düzdür bu müstəqillik iki il davam etsə də respublikaçılıq ənənələrinin yaradılması baxşmında çox önəmli idi.Rusiya işğalına məruz qalmasına baxmayaraq bir sıra ənənələri özündə yaşadaraq 1991 ci ildə müstəqilliyini bird aha elan etmiş,və  özünü 1918-1920 ci illər cümhuriyyətinin varisi elan etmişdir.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra qarabağ problem ilə üzləşmiş, torpaqlarımız işğal edilmiş,əhali yurd yuvasindan didərgin düşmüşdür.Respublikamız bu problemi dinc yolla, beynəlxalq təşkilatların səyi ilə həll etməyə çalışsa da mənfur düşmən münaqişəni dinc yolla həll etmək istəməmiş,vəziyyəti daim gərgin saxlamağa meyl eymiş,yeni torpaqlar işğal etmək fikri ilə siyasətini qurmuşdur.Nəhayət 2020 ci ildə müzəffər ordumuz Ali baş Komandanın başçılığı altında hərbi əməliyyatlara başlamaq zərurətində qalmış,44 gün ərzində torpaqlarımızı işğaldan azad etmişdir.Azərbaycanı müstəqilliyin ilk günlərindən tanıyan Türkiyə,Pakistan müharibə dövründə də Azərbaycana mənəvi siyasi dəstək vermis,həmişə dövlətimizin yanında olmuşlar.Bununla əlaqədar növbəti müstəqillik gününü məhz Laçin bölgəsində keçirilməsi simvolik məna daşıyır.Belə ki, Azərbaycan Türkiyə Pakistan –üç qardaş ölkə əməkdaşlığı il- ildən günü-gündən gedişləndirir.Prezident görüşdə nitq söyləmiş,üctərəfli əməkdaşlığı daha da genişləndirməyi vurğulamışlar.

30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək.

107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra – 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra – 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır.  Ancaq xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan yeddi ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır.

44 günlük müharibədə biz hər gün irəli gedrirdik. Döyüş meydanında 300-dən çox şəhər və kəndimizi erməni işğalçılarından azad etmişdik. . 2020-ci il noyabrın 8-də Şuşa Zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meyilləri daha da artdı və ondan bir gün sonra – noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Məhz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdi.2013 cü ildə bir günlük Antiterror əməliyyatı isə Qarabağda suverenliyimizi tamamilə bərpa etdi.

İndi isə azad edilmiş bütün torpaqlarda bərpa işləri, quruculuq işləri gedir. Böyük infrastruktur layihələri icra edilir – xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir. Bu gün əziz qardaşlarımın – Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır.

Bizim gücümüz birlikdədir. Bu gün birliyimizi üçtərəfli formada bir daha təsdiqlədik.Bu gün bayram konsertində səslənəcək mahnılar da bizim birliyimizi təcəssüm etdirəcək.Azad edilmiş Laçindan bizim verdiyimiz mesajlar isə lazımi ünvana çatacaq.

Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

Əliyev Elçin,
Xəzər rayonu, 26 № li Tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button