
21 may 2025-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və çıxış edib.
Macarıstanda keçirilən görüşü yüksək qiymətləndirən Prezident, bu ölkənin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığını strateji dəyərə malik hesab etdi. O, Macarıstanı Türk dünyasının Avropadakı etibarlı tərəfdaşı kimi təqdim etdi və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi. Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı və lokomotiv ölkələrindən biri olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış yaşıl enerji üzrə strateji tərəfdaşlıq sazişi regionun enerji xəritəsini yenidən formalaşdırmaq gücünə malikdir. Bu saziş,Xəzər-Qara dəniz marşrutu vasitəsilə yaşıl enerjinin dünya bazarlarına çıxarılması üçün yeni bir səhifə açır. Prezident İlham Əliyevin Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündı iştirakı və nitq söyləməyi Türk dünyasının gələcək inkişaf istiqamətini müəyyənləşdirmək baxımından əhəmiyyətli idi. Azərbaycan həm nəqliyyat, həm iqlim siyasəti, həm də enerji sahəsində təşəbbüskar mövqeyi ilə Türk Dövlətləri Təşkilatının lokomotivlərindən biri olduğunu bir daha nümayiş etdirdi.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi