AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qubadlı rayonunun işğaldan azad edilməsinin rəsmi elanı

2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Qubadlı rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad olunduğunu rəsmən bəyan etmişdir. Dövlət başçısının bu tarixi açıqlaması ölkənin hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi strategiyanın növbəti uğurlu mərhələsini təşkil etmişdir. Bu müraciət Azərbaycan xalqının qətiyyətini və dövlətin suverenlik hüquqlarının bərpası istiqamətindəki iradəsini bütün dünyaya nümayiş etdirmişdir.

Qubadlı əməliyyatının uğurla yekunlaşması ölkə rəhbərliyinin ordu quruculuğunda əldə etdiyi nailiyyətlərin və hərbi komandanlığın peşəkar idarəetmə bacarığının bariz nümunəsidir. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri cəbhənin çətin relyef şəraitində belə düşmənin müdafiə xəttini yarıb keçməyə müvəffəq olmuşdur. Dövlətin bu qətiyyətli addımı Vətən müharibəsinin gedişatında həlledici dönüş nöqtələrindən biri kimi rəsmi tariximizə düşmüşdür.

Rəsmi Bakı bu qələbə ilə beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin etmişdir. Qubadlının azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan hüquqi və hərbi baxımdan əsaslandırılmış zəruri addım idi. Dövlətin yürütdüyü müstəqil xarici və daxili siyasət bu tarixi qələbənin əldə olunmasında əsas amilə çevrilmişdir.

Həmin gün rəsmi qurumlar tərəfindən verilən məlumatlarda rayonun inzibati mərkəzində Azərbaycan Respublikasının dövlət bayrağının ucaldıldığı təsdiqlənmişdir. Bu tarixi hadisə ölkə daxilində və xaricində geniş rezonans doğurmuş, dövlətimizin qüdrətini bir daha təsdiq etmişdir. Qubadlıda dövlət suverenliyinin bərpası respublikamızın konstitusiya quruluşunun bütün ölkə ərazisində bərqərar olmasının mühüm tərkib hissəsi olmuşdur.

Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button