Azərbaycan Respublikası keçdiyi uzun tarix dövr ərzində həmişə sülhün və sabitliyin tərəfdarı olmuşdur
Qədim mədəniyyətə malik digər xalqlar kimi, Azərbaycanlılar da əsrlər boyu müxtəlif xalqlarla, xüsusi ilə də dost və qardaş gürcülərlə daim təmasda olmuş, mədəniyyət və ədəbiyyatlarımız qarşılıqlı əlaqə prosesində inkişaf etmişdir. Tarixən işıq, su, hava, torpaq qonşusu olmuş Azərbaycan və Gürcü xalqlarının ədəbi əlaqələrinin tarixi bu xalqların özlərinin tarixi qədər qədim və zəngindir. Qədim və zəngin tarixi olan Azərbaycan Gürcü ədəbi əlaqələri lX – Xll əsrlərdən etibarən daha geniş xarakter almış və hər iki xalqın tərəqqisinə böyük təsir göstərmişdir. Hazırda müstəqil Azərbaycan və Gürcüstan dövlətləri ictimai – siyasi, iqtisadi, elmi – mədəni sahələrdə hərtərəfli əməkdaşlıq edərək ölkələrimizin xoşbəxt gələcəyi naminə strateji tərəfdaşlıq nümayiş etdirirlər . Bu gün hüquqi, demokratik dövlət quruculuğu ilə inamla irəliləyən Azərbaycan Respublikasında dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları beynəlxalq normalara uyğun şəkildə təmin edilmişdir. Respublikamızda yaşayan gürcülər də ölkə konstitusiyasında təsbit edilmiş insan haqlarına sahib olmaqla Azərbaycanın tam və bərabərhüquqlu vətəndaşlarıdır. İllər keçdikcə ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələri möhkəmlənir. Mütəmadi görüşlər ölkələrimizin bir – birinə daha yaxın olması və xalqlarımızın daha sıx dostluq etməsinə xidmət edir.
Azərbaycan qədim neft və qaz ölkəsidir. 50 il bundan əvvəl Azərbaycan dünya praktikasında ilk dəfə olaraq sənaye üsulu ilə neft çıxarmağa başlamışdır. Nəticədə Gürcüstan ilə Azərbaycan arasında “Bakı-Supsa” neft kəmərinin layihələşdirilməsinə başlanılmışdır. 30 illik diplomatik münasibətlər zəminində Cənubi Qafqaz regionunda Gürcüstan və Azərbaycan arasında sülh və sabitliyə yönəlmiş uğurlu əməkdaşlıq həyata keçirilib. Gürcüstan və Azərbaycan hər zamanan bir – birinin ərazi bütövlüyü dəstəkləyib. Hər zaman beynəlxalq təşkilatlarda xalqlarımız bu və ya digər maraqlarını əks etdirən məsələlərdə hər iki dost dövlət bir – birini müdafiə edib.
Azərbaycan prezidenti Heydər Əliyev və Gürcüstan prezidentləri Eduard Şevardnadze 1997 – ci ilin sentyabrında görüşərək, 1998-ci ildə Qafqazda prezidentlər səviyyəsində “Şərq – Qərb” dəhlizi mövzusunda konfrans çağırılması təşəbbüsü irəli sürdülər. Sentyabrın 7-8- də Bakıda dünyanın 32 ölkəsinin, 13 beynəlxalq təşkilatlarının iştirak etdiyi konfransda Avropa – Qafqaz – Asiya dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş və Bakı Bəyannaməsi qəbul edildi. Bu konfrans Azərbaycan və Gürcüstan arasında gələcək regional nəqliyyat infrastruktur layihəsinin reallaşması üçün mühüm addım idi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başladı.
Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini qeyd edən dövlət başçısı bir çox sahələr, o cümlədən nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlığın çox uğurlu ola biləcəyini vurğulayıb.
“İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”, – Prezident İlham Əliyev bildirib.
Leyla Fətəliyeva,
YAP-ın fəalı