AnalitikaGündəmSiyasət

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Regional layihələrin iştirakçısı, həmçinin, təşəbbüskarı kimi çıxış edən Azərbaycanın  bu ərazidə baş verən istənilən məsələ ilə əlaqədar maraqları nəzərə alınır. Beynəlxalq münasibətlər sistemində güclü ölkəolan Azərbaycanın uğurlarının əsasında uzaqgörən praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edənməqsədyönlü islahatlar əldə edilən nailiyyətlərbeynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bu günölkəmizin  bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzvdövlət kimi deyil, eyni zamanda, bir çox qərarlarınqəbulunda icrasında yaxından iştirakı, əlbəttə ki, cəkisinin göstəricisidirCox vacib beynəlxalq forumlara tədbirlərə ev sahibliyi edərək, qlobal regionalsabitliyə töhfəsini verən Azərbaycan  ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu, Dünya DiniLiderlərinin Forumu, BMT-nin Sivilizasiyalar AlyansınınQlobal Forumu onlarla belə tədbirləri yüksəksəviyyədə keçirməklə, dünyanın diqqətində olur. Sözsüzki, bu cür tədbirlərlə xalqlar dövlətlər arasındaəməkdaşlığa xidmət edir.

Martın 12-də paytaxt Bakımızda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda kecirilən XIII Qlobal Bakı Forumu dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəziqlobal problemlərin həlli yollarını araşdıran bu barədədünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalqplatformaya çevrilib. Mərkəzin təşkil etdiyi tədbirlərəmarağın ildən-ilə artmasi da məhz bunun məntiqinəticəsidir. Bu dəfə Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılmasımövzusuna həsrolunan XIII Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə nüfuzlu beynəlxalq təşkilatların nümayəndələriiştirak edirdilər.  

XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bu Forumun uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrildiyinin vacib olduğunu bildirib. Dövlətimizin başçısı sonuncu görüşdən sonra regionumuzda baş verən əsas geosiyasi dəyişikliyin Azərbaycanın suverenliyinin tam bərpası olduğunu bildirib. Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq” – deyə diqqətə çatdırıb. Bəli, dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək regionda yeni reallıqlar yaratmış oldu. Torpaqlarımızın 30 ilə yaxın işğal altında olmasna baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi. BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özümüz təmin etdik. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmadı. Keçmiş Minsk qrupunun fəaliyyəti ərzində hec bir nəticə əldə olunmayib.Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq”–deyə Prezident bildirib. 

44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu 2023-cü ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Bu gün Azərbaycan sülh prosesinə sadiqdir. Azərbaycan zəfər çaldıqdan və münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. Biz artıq sülhün üstünlüklərini görürükdeyən dövlət başçımız qeyd edib ki, mən bunu dəfələrlədemişəm bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşıheç yoxdur.

Əlbəttə ki, Forum, əslində, qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün unikal  məkandır. Belə tədbirlər xalqlar arasında körpü sala, ünsiyyət yarada, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviqində əhəmiyyətlidir. Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan müasir dünyanın çağırışları zəminində öz prinsipial mövqeyini sərgiləyir.

Elxan Quliyev,
Əməkdar müəllim

Oxşar Xəbərlər

Back to top button