AnalitikaGündəmSiyasət

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yanvarın 7 də mətbuat işçiləri ilə görüşündə mühüm mesajlar verdi

Bütün sahələri əhatə edən çoxsaylı suallarını cavablandırması, dövlətimizin bütün istiqamətlərdə hadisələrə münasibətini, mövqeyini bir daha dünyaya bəyan etdi.

Məlumdur ki, dünyada fasiləsiz olaraq həm açıq odlu müharibələr, həm ideoloji, həm diplomatiq, həm də informasya müharibəsi aparılmaqdadır. Belə bir vəziyyətdə Prezidentin jurnalistlərlə görüşərək onların çoxsaylı suallarını cavablandırması, Azərbaycan dövlətinin mövqeyini dünyaya bəyan etməsi, yenilənən dünyada böyük güclərə verilən olduqca önəmli mesajlardır. Cənab prezident çıxışında bir gerçəyi bəyan etdi ki, “Yeni dünya nizamı formalaşdırılır. Hesab edirik ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq”.

Dünya gücləri öz münasibətlrini tam aydınlaşdırana və razılığa gələnə qədər dünyada müharibələr, qarşıdurmalar olacaq. Vəziyyət lap çətin də ola bilər. Hər bir halda Azərbaycan həmişəki kimi öz tərəfini seçərək mövqeyini və maraqlarını ən yüksək səviyyədə bütün dünyaya bəyan edəcəkdir. Cənab Prezidentin mətbuat işciəri ilə görüşündə əsas aparıcı məqsəd də, aparıcı güclərə Azərbaycan maraqlarını, münasibətini, mövqeyini çatdırmaqdır. Cənab İlham Əliyev mətbuatın vasitəsi ilə böyük dövlətlərə diplomatiq dillə Azərbaycanın mövqeylərini çatdırmış oldu. Azərbaycan dünyanın subyekt dövləti olduğu üçün yeniləndirilən dünyada öz tərəfini seçib, mövqeyini bəyan edir ki, ifrat böyük iddialarla dünyada müharibələrə səbəb olan güclər öz geostrateji planlarını çəkəndə mütləq Azərbaycanın və müttəfiqlərinin maraqlarını da nəzərə alsınlar.

Prezident eyni zamanda sosial və iqtisadı məsələlər barədə də sualları geniş cavablandıraraq ictimaiyyəti maraqlandıran məsələlərdə aydınlıq gətirdi.  Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın inkişaf strategiyası dayanıqlılıq, sosial rifah və beynəlxalq mövqeyin gücləndirilməsinə əsaslanır. Bu çıxış Azərbaycanın inkişaf yolunda yeni mərhələyə qədəm qoyduğunu və xalqın rifahını təmin etmək üçün davamlı səylərin göstəriləcəyini bir daha təsdiqlədi.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button