Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur

Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərəçarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.
Qeyd edək ki, hər iki ölkə bir vaxtlar keçmiş İttifaqın tərkibində müttəfiq respublika statusunda olmuşdular. Elə həmin dövrdə də respublikalarımız arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Sovetlər Birliyi dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. 2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə səfirliklər açılıb.
Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərəçarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun 2007-ci ildə Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, o cümlədən Azərbaycan və Belarus prezidentləri tərəfindən 2016-cı ildə Bakıda qəbul olunmuş Birgə Bəyanat ikitərəfli münasibətlərin inkişafına əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas siyasi sənədlərdir.
Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər.
Beləliklə, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı