AnalitikaGündəmSiyasət

Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Bakıda keçirilən mətbuat konfransında iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıblar.​ Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan xalqlarının əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşadıqlarını qeyd edərək, bu ənənələrin bu gün də davam etdiyini bildirib. O, iki ölkə arasında siyasi əlaqələrin bütün qonşular üçün nümunə ola biləcəyini qeyd edib.

Azərbaycan və Gürcüstan münasibətlərinin əsasını qarşılıqlı hörmət, suverenliyə bağlılıq və ortaq inkişaf maraqları təşkil edir. Bu münasibətlər region üçün sabitlik və əməkdaşlıq modelidir. İrəlidə isə daha geniş enerji layihələri, “yaşıl enerji” sahəsində tərəfdaşlıq və yeni nəqliyyat marşrutlarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd edib.

Hər iki lider enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin ölkələrinin və xalqlarının rifahına xidmət etdiyini və regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verdiyini xüsusi diqqətə çatdırıb və  bu layihələrin Avropa qitəsi ilə əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıblar .​ Prezident İlham Əliyev həmçinin, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini və bu əməkdaşlığın strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.​

Qeyd edə bilərik ki, Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin bu səfəri iki ölkə arasındakı strateji əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdi. Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı dinamikası, onların gələcəkdə daha da genişlənəcəyini və yeni sahələri əhatə edəcəyini göstərir.

Afaq Mustafayeva,
YAP Xəzər rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button