AnalitikaGündəmSiyasət

Azərbaycan enerji təhlükəsizliyində yeni bir mərhələ yaradacaqdır

2025-ci ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında mühüm çıxışlar edib. Bu çıxışlar, Azərbaycan’ın enerji sahəsindəki mövqeyini gücləndirmək və dünya enerji bazarlarında əhəmiyyətli rolunu bir daha vurğulamaq məqsədini güdür. Cənab Prezident İlham Əliyev, Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətinə diqqət çəkərək, Azərbaycanın enerji sahəsində Avropaya və digər regionlara etibarlı təchizatçı kimi tanındığını qeyd edib. O, Cənub Qaz Dəhlizi layihəsinin, xüsusilə təbii qazın Avropaya çatdırılmasında mühüm bir rol oynadığını vurğuladı. Bu layihənin həyata keçirilməsi ilə Azərbaycan, qlobal enerji bazarlarında öz yerini möhkəmləndirərkən, Avropanın enerji təhlükəsizliyinə də töhfə verir. Cənab Prezident İlham Əliyev, bu dəhliz vasitəsilə Avropaya təbii qaz tədarükünün artmasının, yalnız enerji təminatını deyil, həm də regional inkişafı stimullaşdırdığını bildirib. O, həmçinin bu layihənin regional əməkdaşlığı təşviq etdiyini və Azərbaycanın enerji infrastrukturu sahəsindəki yüksək potensialını göstərdiyini qeyd edib. Cənub Qaz Dəhlizi, Azərbaycanın təkcə enerji sahəsindəki deyil, həm də iqtisadi və strateji gücünü artıran bir layihədir. Cənab Prezident İlham Əliyev, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində də çıxış edərək, Azərbaycanın yaşıl enerji sektorunda əldə etdiyi nailiyyətləri və gələcək planlarını təqdim edib. O, Azərbaycanın enerji istehsalında təbii qazdan sonra alternativ və bərpa olunan enerji mənbələrinə yönəlməyi prioritet olaraq qəbul etdiyini bildirib. Prezident, bu istiqamətdə son illərdə görülən işlərin enerji istehsalını daha ekoloji cəhətdən təmiz hala gətirdiyini və bu məqsədlə bir sıra beynəlxalq təşəbbüslərin həyata keçirildiyini vurğulayıb. Cənab Prezident İlham Əliyev, Azərbaycanın geniş günəş və külək enerjisi potensialından faydalanaraq, yaşıl enerji sahəsində qlobal liderlərdən biri olmağı hədəflədiyini bildirib. O, Azərbaycanın bərpa olunan enerji mənbələrinə olan marağının və bu sahədəki investisiya imkanlarının artırılmasının, ölkənin enerji sisteminin daha dayanıqlı və çevik olmasına imkan yaratdığını qeyd edib. Azərbaycanın Yaşıl Enerji Məşvərət Şurasında göstərdiyi aktiv iştirak, bu sahədəki beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətin bir göstəricisidir. Cənab İlham Əliyev, ölkənin bu sahədə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi üçün açıq olduğunu qeyd edərək, həm regionda, həm də dünyada enerji keçidinin sürətləndirilməsi üçün birgə işlərin vacibliyini vurğulayıb. Azərbaycan Prezidentinin çıxışları, ölkənin enerji sahəsindəki strateji prioritetlərini və qlobal enerji bazarlarında öz mövqeyini necə gücləndirməyə çalışdığını göstərir. Cənub Qaz Dəhlizi layihəsi və yaşıl enerji təşəbbüsləri, Azərbaycanın həm enerji təchizatçısı, həm də ekoloji cəhətdən məsuliyyətli bir ölkə kimi beynəlxalq arenada daha da tanınmasına zəmin yaradır. Prezident İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan enerji sahəsindəki müasir trendlərə uyğun olaraq öz mövqeyini gücləndirir və dünya miqyasında enerji təhlükəsizliyinə töhfə verməyə davam edir.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button