AnalitikaGündəmİdman

Azərbaycan dövləti idmanın xüsusilə də, Olimpiya Hərəkatının inkişafına da böyük diqqət yetirir

Son illərdə Ölkəmiz uğurlu modelini, gücünü bütün dünyaya hər bir sahədə göstərmədədir. Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına da böyük diqqət yetirir. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. Müasir dövrdə Azərbaycan inkişafının bütün istiqamətləri üzrə modelini ortaya qoyması danılmazdır. Siyasi, iqtisadi, hərbi, mədəni və başqa istiqamətlər üzrə Azərbaycanın əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilməsi və nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Ölkəmizin idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub.

Azərbaycan ilk dəfə 1996-cı ildə müstəqil bir dövlət kimi Olimpiya Oyunlarına qatılıb və o gündən bu yana hər Olimpiya Oyunlarına idmançı göndərib. Komandamızın güləşçisi Namiq Abdullayev  ona olan ümidləri doğrultdu. Onun qazandığı gümüş medal Azərbaycan pəhləvanlarının Olimpiya oyunlarında sərbəst güləş üzrə qazandıqları ikinci, müstəqil Azərbaycan bayrağı altında əldə edilmiş birinci medal idi. Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edirdi. Azərbaycan idmançıları cüdo, üzgüçülük, atıcılıq, boks, yüngül atletika, ağırlıqqaldırma, suyatullanma və güləş yarışlarında güclərini sınayırdılar. Atletlərimiz cüdo, boks, güləş, atıcılıq yarışlarında uğurlu nəticələr göstərdilər. Azərbaycan komandasına ilk medalı Zemfira Meftahəddinova qazandırdı. Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya oyunlarının proqramına daxil edilmişdi. Afina Olimpiya Oyunları Azərbaycan idmanının yeni şanlı səhifəsini yazdı. Milli komandamız bu möhtəşəm yarışdan vətənə  qızıl və bürünc medallarla qayıtdı. İlk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü. Pekin Yay Olimpiya Oyunlarında isə, ölkəmiz güləşdən əlavə, atletlərimiz ilk dəfə olimpiadanın atçılıq yarışlarında və bədii gimnastika üzrə qrup hərəkətlərində qüvvələrini sınadılar.

Bütün bu faktlar sübut edir ki, Azərbaycan idmançıları hər bir yarışdan qələbə sorağı ilə Vətənə dönür, onların sayəsində Olimpiya Oyunlarında Qalib Azərbaycanın bayrağını yüksəkliklərə qaldırılır, dövlət himnimiz səsləndirilir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində idmançılarımız böyük uğurlar əldə edirlər. Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür.

Qazanılan uğurlar Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür.

Zümrüd Abbasova,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button