AnalitikaGündəmSiyasət

Azərbaycan Dili Dünya Dilləri Sırasında

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dünya dilləri içərisində öz layiqli yerini tutması ilə həmişə fəxr etdiyini bildirirdi. O qeyd edirdi ki, son bir əsr ərzində dilimiz böyük inkişaf yolu keçmiş, lüğət tərkibini zənginləşdirmiş və qrammatik quruluşunu cilalamışdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır.

Gənclərimizin xarici dilləri bilməsi təqdirəlayiq olsa da, doğma dili öyrənmək hər şeydən vacibdir. Ulu Öndərin dediyi kimi: “rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin”. Çünki öz dilini bilməyən və sevməyən adam öz tarixini də yaxşı bilə bilməz.
Dövlətimiz bu irsi qorumaq üçün genişmiqyaslı işlər aparır. 2004-cü və 2007-ci illərdə qəbul edilmiş sərəncamlarla dünya ədəbiyyatı incilərinin və Milli Ensiklopediyanın Azərbaycan dilində nəşri dilimizin tətbiq imkanlarını daha da genişləndirmişdir.

Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button