AnalitikaGündəmSiyasət

Azərbaycan Çin münasibətləri bir çox istiqamətdə uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində cənab Prezidentimizin qeyd etdiyi kimi, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.

Azərbaycan – Çin münasibətlərinin gələcəyi qarşılıqlı fayda prinsipinə əsaslanaraq daha da inkişaf edəcək. İqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerji, rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq gələcək prioritetlər arasında yer tutur. Çin texnologiyasının inkişaf etmiş olması, Azərbaycanın isə regionda sabit və strateji tərəfdaş mövqeyində dayanması bu münasibətləri daha da möhkəmləndirə bilər.

Azərbaycan Çin münasibətləri bir çox istiqamətdə uğurla inkişaf edir və qarşılıqlı strateji maraqlara əsaslanır. Bu əməkdaşlıq yalnız ikitərəfli deyil, regional və qlobal səviyyədə də əhəmiyyətli təsirə malikdir. Qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq maraqlar üzərində qurulmuş bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyi gözlənilir.

Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button