Analitika

Azərbaycan bayrağı Xankəndinin mərkəzində dalğalanır

Dövlətimizin başçısı Xankəndidə bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. Prezident İlham Əliyev qurucu, yaradıcı rəhbərdir. Baxanda görürük ki, regionlarımız bu 20 ildə xeyli müsbətə doğru dəyişib, tikinti-quruculuq işləri aparılıb, rayonlarımız yeni görkəm alıb. İnanırıq ki, torpaqlarımızı hərbi-siyasi yolla tamamilə işğalçılardan azad edən Prezident İlham Əliyev Şərqi Zəngəzurda, Qarabağda başlatdığı abadlıq işlərini, Böyük Qayıdış proqramını da uğurla yekunlaşdıracaq

Prezident İlham Əliyevin vaxtilə də bölgənin erməni əhalisinə qarşı heç bir ayrı-seçkiliyin olmadığını bildirməsi, bu­nun təsdiqi üçün gətirdiyi misallar kifayət qədər dolğundur. Əslində, ölkəmizin liderinin söylədiklərinə Ermənistan rəh­bərliyi, dünya ermənipərəstləri də diqqət yetirməlidirlər. Nəinki diqqət yetirməli, eyni zamanda, nəticə çıxarmalıdırlar. Azərbaycana qarşı əks mövqe tutmaq­la, düşmənçiliklə nəyi, hansı yaşam üstünlüyünü əldən verdiklərinin fərqinə varmalıdırlar.

İstər 44 günlük müharibə, istərsə də 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına nəinki imkan ver­məyəcək, əksinə, bu xülyaya düşənlərə qarşı barışmaz olacaq. Prezident İlham Əliyevin iyirmi il­lik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bər­pa olunub. Əlbəttə, buna əminlik və inam hissi heç də elə-belədən yaranmadı. Ölkəmiz ötən iyirmi ildə görünməmiş iq­tisadi nailiyyətlərə imza atdı. Dövlətimizin başçısının həyata keçirdiyi bütün tədbir­lərin bir hədəfi var idi – Qarabağ. Nəticə etibarilə Prezident İlham Əliyevin təbirin­cə desək, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Azərbay­can xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır”. Dövlət başçımız oktyabrın 15-də iş­ğaldan azad edilmiş Xankəndi şəhərin­də Azərbaycan Bayrağını qaldırarkən xatırlatdı ki, mən ilk dəfə prezident se­çilərkən xalqa söz vermişdim ki, Azər­baycan dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütöv­lüyünü qoruyacağam.

Bəli, bu gün Xo­calı qatilləri, Qarabağdakı separatçı re­jimdə təmsil olunanlar Bakıda mühakimə olunurlar. Haqq və ədalət öz yerini tapır. Elə tapır ki, hər kəsə, erməni avantüriz­minin hər bir nümayəndəsinə görk olur. Bu böyük görk olayının müəllifi İlham Əliyevdir. Onun Prezident kimi fəaliyyə­tinin 20 illiyinin sayəsində xalqımız ötən müddətdə çəkdiyi məhrumiyyətlərin mü­kafatını görməkdədir.   Bu gün Azərbaycanın bütün yaşa­yış məntəqəllərində, dövlət müəssisələ­rində, xarici ölkələrdəki diplomatik nü­mayəndəliklərimizdə, üzvü olduğumuz beynəlxalq təşkilatların önündə Azər­baycan Bayrağı dalğalanır.

Rzayeva Səba,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button