
Yaşıl enerji təşəbbüslərinin artdığı bir dövrdə, ənənəvi enerji resurslarının rolu bəzi dairələrdə arxa plana keçməkdədir. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, faydalı qazıntı hasilatçıları və klassik yanacaq mənbələri hələ də enerji təhlükəsizliyinin əsas sütunlarından biridir. Azərbaycan bu balansın qorunmasının vacibliyini xüsusi olaraq qeyd edir.
Avropada yaşıl gündəlik genişlənir, lakin bu, mövcud enerji infrastrukturunu və onun daşıyıcılarını görməməzliyə vurmaq anlamına gəlməməlidir. Ənənəvi yanacaq növləri – neft və qaz – dünya enerji tələbatının əhəmiyyətli hissəsini qarşılayır və keçid mərhələsində əvəzolunmaz mövqedədir. Onlara qarşı ayrı-seçkilik təkcə qeyri-obyektiv yanaşma deyil, həm də enerji böhranı riskini artıracaq bir addım ola bilər.
Azərbaycan, həm yaşıl, həm də klassik enerji sahəsində paralel fəaliyyət göstərməklə, bu tarazlığın qorunmasına nümunəvi yanaşma sərgiləyir. Nəticədə, ölkə həm ekoloji məsuliyyətini yerinə yetirir, həm də strateji tərəfdaş kimi sabitliyi təmin edir.
Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı