Analitika

Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır

Son illərdə ölkəmizin bütün bölgələrində abadlıq-quruculuq işləri aparılır.Xüsusilədə Qarabağda aparılan nəhəng quruculuq işləri dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyur. Azərbaycan qısa müddətdə çox böyük  işlər görüb. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. İnanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Dövlətlər var ki, bu işləri reallaşdırmaq üçün onilliklər sərf edir.

Qarabağda bərpa-quruculuq işlərinin reallaşmasına mane olmaq üçün minalanmış ərazilərin xəritələrini verməkdən imtina edən ermənilər özlərinin insanlığa qarşı necə nifrət bəslədiklərinin daha sübut etdilər. Buna baxmayaraq, Azərbaycanın öz gücü və qüvvəsi hesabına Qarabağda erməni vandalizminin əl izləri silindikcə, torpaq təmizlənir və əzəli simasına qayıdır. Sevindirici hal odur ki, Qarabağ torpaqlarının azad olunması, Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, eyni vaxtda “Xarıbülbül” musiqi festivalının yenidən qalalar səltənətində, zirvələr kəhkəşanında təşkil edilməsi Qarabağa yeni nəfəs verdi. Qarabağın baş tacı olan Şuşa yenidən gerçək sahiblərini qoynuna alıb, füsünkar təbiət gözəllikləri ilə dünyaya açıldı.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Azərbaycan dövlətinin siyasəti qaranlıqdan doğan günəş tək hərarəti ilə Qarabağa yenidən can verir. Belə ki, bu gün təbiətin möcüzəsi sayılan Qarabağ torpaqlarında bərpa-quruculuq işləri uğurla davam edir.

İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəldilməsi və insanların doğma torpaqlarına qaytarılması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Azərbaycan bütün bu işləri öz gücünə görməyə qadir olan güclü dövlətdir.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button