AnalitikaGündəmSiyasət

AQEM Bakı Sammiti qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində tarixi bir dönüş nöqtəsidir

Bakı şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısının keçirilməsi kontinental miqyasda təhlükəsizlik, əməkdaşlıq, iqtisadi tərəqqi və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi baxımından mühüm tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdəki çıxışı qlobal və regional çağırışların həllində ölkəmizin rolunu, eləcə də Asiya regionu ilə əlaqələrin genişləndirilməsinə verilən önəmi nümayiş etdirir.

Bakı şəhərinin ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısı qitələrarası əməkdaşlığın yeni mərhələsinin təməlini qoyur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdəki dərin məzmunlu çıxışında təhlükəsizliyin bölünməzliyi prinsipini vurğulayaraq Asiya regionunda etimad mühitinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Müasir geosiyasi gərginliklərfonunda dövlətlər arasında dialoqun dərinləşdirilməsi sülhün qorunmasının yeganə təminatçısıdır. Azərbaycan həmişə beynəlxalq hüquq norma və prinsiplərinə sadiq qalaraq regional təhlükəsizliyə öz töhfəsini verir. Zirvə toplantısının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və diplomatik qüdrətinin növbəti təsdiqidir. Asiya qitəsi dünya əhalisinin əhəmiyyətli hissəsini təşkil etməklə yanaşı, həm də qlobal iqtisadiyyatın aparıcı mərkəzidir. Bu baxımdan, təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması bütün iştirakçı ölkələrin ümumi maraqlarına cavab verir.

Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, etimad mühiti olmadan heç bir uzunmüddətli iqtisadi və sosial layihəni uğurla reallaşdırmaq mümkün deyil. Müşavirə çərçivəsində qəbul edilən qərarlar üzv dövlətlər arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsini şərtləndirir. Qlobal miqyasda baş verən sürətli dəyişikliklər təhlükəsizlik arxitekturasının təkmilləşdirilməsini tələb edir. Azərbaycan qlobal çağırışlara qarşı kollektiv səylərin birləşdirilməsinin qəti tərəfdarıdır. Ölkəmiz Asiyada sülhün, sabitliyin və rifahın bərqərar olunması istiqamətində yorulmaz fəaliyyət göstərir. Zirvə toplantısında müzakirə olunan məsələlər sırasında terrorizmə, ekstremizmə və transmilli cinayətkarlığa qarşı mübarizə xüsusi yer tutur.

Dövlət başçısı vurğulamışdır ki, terrorizm və digər təhdidlər bəşəriyyət üçün ortaq təhlükədir və onlara qarşı yalnız birgə mübarizə aparılmalıdır. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi bu məsələdə hər zaman prinsipial mövqe nümayiş etdirmişdir. Etimad tədbirlərinin genişləndirilməsi ölkələr arasında sərhədlərarası ticarətin və gediş-gəlişin asanlaşdırılmasına da zəmin yaradır.

Bakı Sammiti qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində tarixi bir dönüş nöqtəsidir. Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər AQEM məkanında əməkdaşlığın coğrafiyasını daha da genişləndirir. İştirakçı dövlətlərin rəhbərləri Azərbaycanın təşkilatçılığını və sədrliyini yüksək qiymətləndirirlər. Təhlükəsizlik tədbirlərinin effektivliyinin artırılması üçün informasiya mübadiləsi də mühüm rol oynayır. Ölkəmiz bu sahədə də qabaqcıl təcrübəsini dost və tərəfdaş dövlətlərlə bölüşməyə hazırdır. Asiya qitəsinin potensialı hələ tam şəkildə reallaşdırılmayıb və AQEM bu potensialın üzə çıxarılmasında katalizator rolunu oynayır. Sülh və sabitlik iqtisadi inkişafın əsas təməlidir və Azərbaycan bu təməlin möhkəmlənməsinə çalışır. Zirvə toplantısı çərçivəsində aparılan ikitərəfli görüşlər də əməkdaşlıq əlaqələrinin dərinləşməsinə güclü təkan verir.

Prezident İlham Əliyev çıxışında bir daha bəyan etdi ki, Azərbaycan gələcəkdə də Asiya ölkələri ilə dostluq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə sadiqdir. Müşavirənin qərarları gələcək nəsillər üçün daha təhlükəsiz və rifah dolu bir dünyanın qurulmasına xidmət edir. Bu baxımdan, Bakı Zirvə Toplantısı təkcə cari ilin deyil, həm də bütövlükdə onilliyin ən əhəmiyyətli siyasi hadisələrindən biri kimi tarixə düşür. Azərbaycanın nümayiş etdirdiyi liderlik keyfiyyətləri bütün regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir. Etimad mühitinin dərinləşməsi qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanır. Prezidentin çıxışındakı hər bir tezis Azərbaycanın xarici siyasətinin uzaqgörənliyini və ardıcıllığını bir daha nümayiş etdirdi. Sonda qeyd etmək lazımdır ki, Bakı Zirvə Toplantısı Asiya qitəsinin gələcək taleyini müəyyən edən strateji platformaya çevrildi.

Azərbaycan Prezidenti İlham Əliyev “Asiyada təhlükəsizliyin və sabitliyin təmin olunması, qarşılıqlı etimad mühitinin dərinləşdirilməsi bizim ümumi məqsədimizdir və Azərbaycan bu prosesə hər zaman öz töhfəsini verməyə hazırdır.”

Nilufər Abbasova,
Nizami rayonu 70 saylı məktəb-liseyin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button