Almaniyanın Şimali Reyn-Vestfaliya federal ərazisində bir ailənin dörd üzvü, o cümlədən iki uşaq meymunçiçəyi virusunun yeni ştamına yoluxub.
Gundemws.az xəbər verir ki, bu barədə WDR telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb.
“Həftəsonu Reyniş-Bergiş rayonunda (Şimali Reyn-Vestfaliyada) meymunçiçəyi virusunun yeni ştamına yoluxmanın ilk halı qeydə alınıb. Ailə üzvlərindən biri virusun yeni variantına Afrikaya səfəri zamanı yoluxub”, – telekanal bildirib.
Qeyd olunub ki, o, ailəsinin üç üzvünü virusa yoluxdurub. Onlardan ikisi uşaqdır. Məlumata görə, onların hələlik karantində qalmasına ehtiyac yoxdur.