AnalitikaGündəmSiyasət

Ağdam yalnız Azərbaycanın tarixi və mədəni irsinin deyil, həm də xalqımızın qürurunun və iradəsinin rəmzidir

“Ağdam Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətli bölgələrindən biridir. Tarixi boyu bu diyar bir çox hadisələrin şahidi olmuş, həm qədim mədəniyyətin, həm də müasir bərpa işlərinin mərkəzi kimi tanınmışdır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının dövlət başçılarının imzaladıqları üçtərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycan tərəfinə təhvil verilib. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən noyabrın 20-si Ağdam Şəhəri Günü olaraq təsis edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin bərpası üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Ağdam şəhərinin baş planı çərçivəsində 5 məhəllənin salınması, sənaye parklarının yaradılması, sosial və infrastruktur obyektlərinin tikintisi davam edir”.

Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatınım sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, son 4 il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Ağdamda böyük irəliləyişlər əldə olunub və şəhərin bərpası sürətlə davam edir. Ağdamn regionun ən gözəl şəhərlərindən birinə çevriləcəyi hədəflənir. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.

Onun sözlərinə görə, eyni zamanda burada Çörək Muzeyi, Pənahəli xanın sarayı və İmarət Kompleksi kimi tarixi abidələrin bərpasına başlanılmışdır. Ağdam yalnız Azərbaycanın tarixi və mədəni irsinin deyil, həm də xalqımızın qürurunun və iradəsinin rəmzidir. Onun yenidən dirçəlişi Azərbaycanın gücünü və mədəniyyətinə olan bağlılığını nümayiş etdirir. Bütün bu işlər Ağdamın əvvəlki şöhrətini qaytarmaqla yanaşı, onun gələcəkdə də strateji əhəmiyyətli mərkəz kimi rolunu davam etdirəcəyini sübut edir.

Oxşar Xəbərlər

Back to top button