Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. “Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyət abidələri var. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv etmişlər. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi, bu gün Ağdamda da böyük quruculuq işləri həyata keçirilir. Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək deyən dövlət başçısı, bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac olduğunu bildirib. Xüsusilə o da qeyd olunmalıdır ki, ötən bu illər ərzində ölkə Cənab Ali Baş komandan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir.
Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.
Ağdamın yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacağını bildirən Ali Baş Komandan Cənab Prezident İlham Əliyev: İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var deyə bildirməklə biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik deyə qeyd ermişdir. Ağdam rayonunun yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin aqrar sənayesinin təsərrüfatının qurularaq inkişaf etdiyi rayonlarından birinə çevriləcəyini bildirən dövlət başçısı, Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacağını, mütəxəssislər cəlb olunaraq, infrastruktur layihələri planlı şəkildə icra ediləcəyini, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcəyini qeyd etmişdir. Vətəndaşlara yurd yuvalarına qayıtmaq üçün dövlət tərəfindən köməklik göstəriləcəyini bildirən ölkə Prezidenti cənab İlham Əliyev: İşğaldan azad edilmiş bütün rayonların sakinlərini bir daha əmin etmişdir ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir.
Ramin Əliyev,
YAP fəalı