AnalitikaGündəmSiyasət

8 noyabr- zəfər günü

8 Noyabr Azərbaycan tarixinin ən qürurlu günlərindən biridir. Bu gün Vətən müharibəsində qazanılmış böyük Qələbənin rəmzidir. Azərbaycan Ordusu 44 gün davam edən müharibə nəticəsində torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Zəfər Günü xalqımızın birliyinin, gücünün və Vətənə olan sevgisinin təntənəsidir. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı sayəsində mümkün olub. Onların göstərdiyi igidlik hər bir azərbaycanlı üçün fəxarət mənbəyidir.

Bu gün biz qalib xalq kimi başımız dik yaşayırıq. Zəfər Günü bizə həm qürur, həm də məsuliyyət hissi verir – çünki bu zəfəri qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

Qarabağ Azərbaycandır!

Aişə Rüstəmova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button