AnalitikaGündəm

44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa edilmişdir

Azərbaycan qədim tarixi keçmişə malik olan bir ölkədir. Müəyyən dövrlərdə ərazimizin bir çox hissəsi düşmənlər tərəfindən işğal edilmiş, sərhədlərimiz kiçilmiş, buna baxmayaraq Azərbaycan müstəqilliyini qoruyub saxlamışdır. Çətin mübarizə yolu keçən ölkəmiz bu gün ən çox inkişaf etməkdə olan dövlətlərdən biridir.

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.     Bir ərazinin tarixini öyrənmək üçün toponimlərim böyük əhəmiyyəti var. Bununla həmin ərazidə kimlərin yaşadığını müəyyən  etmək mümkündür. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. 1930-cu ildən inzibati rayon statusu alan Kəlbəcər strateji mövqeyə malikdir.

Birinci Qarabağ müharibəsində Kəlbəcər şəhəri ermənilər tərəfindən işğal edilmişdir. Əhalisinin bir hissəsi öldürülmüş, əsir götürülmüş, bir hissəsi isə öz doğma yurd-yuvasından qaçmağa məcbur edilmişdir. İşğal dövründə Kəlbəcərə  qanunsuz şəkildə ermənilər köçürülmüşdür.  44  günlük Vətən müharibəsində  ərazi bütövlüyümüz bərpa edilmişdir. 2020-ci il noyabrın  10-da imzalanan üçtərəfli sazişə əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Beləliklə, tarixi ədalət öz yerini tapdı. Torpaqlarımız düşməndən azad edildi. Bu siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi idi.

Prezident İlham Əliyevin 2023- cü 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. 25 noyabr tarixi də Kəlbəcər  şəhəri günü kimi müəyyən edilmişdir.

Damla Həsənzadə,
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button