AnalitikaGündəmSiyasət

20 Yanvar faciəsi milli həmrəyliyin və birlik ruhunun gücləndiyi bir tarixdir

Qanlı Yanvar-tariximizin həm qanlı, həm də şanlı səhifələrindən biridir. XX əsr tariximizə dönüb baxsaq xalqımızın başına gətirilən bir sıra faciələri, dəhşətli soyqırımları görərik. Ancaq həm də xalqımızın azadlıq uğrunda apardığı mübarizələrin də şahidi olarıq.

20 Yanvar faciəsi əslində xalqımızın azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə endirmək məqsədi daşıyırdı. Lakin bu faciə sovet rəhbərliyinin gözlədiyi nəticələri vermədi. Əksinə Azərbaycan xalqı aydın şəkildə dərk etdi ki, öz hüquqlarını qorumaq üçün müstəqil dövlətçilik ənənələrini bərpa etməlidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin hərbi qüvvələri Bakıya daxil oldular. Yanvarın 19-u axşam saat 7:30-da televiziyanın enerji bloku partladıldığından sakinlərin fövqəladə vəziyyət elan edilməsindən xəbəri yox idi. Ona görə də dinc əhali küçələrdə idi. Sovet qoşunlarının Bakıya daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs olunmuş, 744 nəfər yaralanmışdır.

Ümummilli lider Heydər Əliyev yenə də xalqımızı tək qoymadı. Bu dövrdə ki, gərgin vəziyyətə məhəl qoymadan yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətinin bu adımını pislədi. Bütün dünyanın diqqətini Bakıya çəkə bildi. 1990-cı ilin iyulunda vətənə qayıdan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə noyabrın 21-də Naxçıvan Muxar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi ilə bağlı qərar qəbul edilmişdir.

Bu faciə xalqımızın tarixinə əbədi olaraq həkk olunmuşdur və bu qanlı Yanvar gecəsindən 35 il ötür. Bu faciəni yad edərkən Ümummilli Heydər Əliyevin fikirlərini yada salmamaq mümkün deyil. “. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır.”

Mustafazadə Gülnar,
Xəzər rayonu, 181 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button