AnalitikaGündəmSiyasət

20 Yanvar – Bakı əməliyyatı

1980-ci illərin sonlarında SSRİ-nin zəifləməsi ilə birlikdə Azərbaycanda milli-azadlıq hərəkatı güclənirdi. Eyni zamanda Ermənistanın Azərbaycan ərazilərinə, xüsusilə də Dağlıq Qarabağa qarşı ərazi iddiaları artmışdı.

Ermənistanın təcavüzkar siyasətinə SSRİ rəhbərliyi tərəfindən dəstək verilməsi Azərbaycan xalqında narazılığı artırırdı. Bakıda və digər bölgələrdə genişmiqyaslı mitinqlər keçirilir, xalq müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxırdı. SSRİ rəhbərliyi bu mübarizəni dayandırmaq və xalqın azadlıq iradəsini əzmək üçün hərbi gücə əl atdı. SSRİ rəhbərliyi bu əməliyyatı “nizamsızlığı dayandırmaq və ölkədə sabitliyi bərpa etmək” adı altında həyata keçirdiyini bəyan etdi. Lakin əsl məqsəd Azərbaycan xalqının milli azadlıq mübarizəsini əzmək idi.

20 Yanvar Bakı əməliyyatı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi əməliyyatdır. SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə 26 min nəfərdən çox sovet əsgəri Bakı şəhərinə daxil oldu. Fövqəladə vəziyyət elan edilsə də, bu haqda əhali vaxtında məlumatlandırılmadı. Elektrik stansiyaları və telekommunikasiya xətləri partladıldı, AzTV-nin yayımı dayandırıldı.

Bu hadisə Azərbaycanın müstəqillik yolundakı ən qanlı və eyni zamanda xalqın azadlıq iradəsini gücləndirən dönüş nöqtələrindən biri hesab olunur. 19 yanvar 1990-cı ildə saat 23:00 radələrində Bakı şəhərinə fövqəladə vəziyyət elan edilmədən sovet ordusu böyük miqyaslı hücum həyata keçirdi.Tanklar və hərbi texnika şəhərə daxil olaraq dinc əhaliyə atəş açdı.Hücum nəticəsində yüzlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar qətlə yetirildi.

147 nəfər həlak oldu, 744 nəfər yaralandı, yüzlərlə insan həbs edildi. 200-dən çox yaşayış binası, şəxsi əmlak və avtomobil məhv edildi. Öldürülənlərin arasında uşaqlar, qadınlar və yaşlılar da vardı. Xüsusilə Bakı şəhərinin Əhmədli, Neftçilər prospekti və digər əraziləri qanlı döyüş meydanına çevrilmişdi. Bunlara baxmayaraq Azərbaycan xalqının müstəqillik arzusu daha da gücləndi. 1991-ci ildə Azərbaycan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan etdi. Hər il yanvarın 20-də şəhidlərin xatirəsinə ehtiram olaraq Şəhidlər Xiyabanı ziyarət edilir.Bu faciə, xalqın iradəsini əzmək məqsədilə həyata keçirilsə də, əksinə, milli birliyi daha da möhkəmləndirdi və azadlıq mübarizəsinin əsas rəmzinə çevrildi.

20 Yanvar hadisələri Azərbaycanın tarixinə qanlı və eyni zamanda şərəfli bir səhifə kimi yazıldı. Bu hadisələr 1990-cı ilin yanvarında sovet ordusunun Bakı şəhərində və Azərbaycanın digər bölgələrində mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərlə yadda qalıb. 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınansa da, SSRİ rəhbərliyi bu cinayəti haqq qazandırmağa çalışdı. Qorbaçov həmin vaxt bu addımı “milli separatizmi dayandırmaq” kimi əsaslandırdı. Lakin dünya mətbuatı və bəzi beynəlxalq təşkilatlar bu hadisəni insan haqlarının kobud şəkildə pozulması kimi dəyərləndirdi.

Qurbanların xatirəsinə ehtiram əlaməti olaraq hər il ölkə üzrə matəm tədbirləri keçirilir, bayraqlar endirilir. Şəhidlərin dəfn edildiyi Şəhidlər Xiyabanı xalqın ziyarət etdiyi müqəddəs məkana çevrilib.

Hüseynzadə Gülnar,
156 nömrəli tam orta məktəbin Tarix müəllimi   

Oxşar Xəbərlər

Back to top button