
2020-ci il oktyabrın 20-si Azərbaycan tarixində silinməz bir səhifə açdı: 27 illik işğaldan sonra Zəngilan rayonu düşmən qüvvələrindən azad edildi. Bu gün, “Zəngilan Şəhəri Günü” kimi, həm bölgə sakinlərinin qayıdış ümidini təmsil edir, həm də Azərbaycanın Vətən Müharibəsində qazandığı zəfərlərin simvoludur.
Zəngilan rayonu, Kiçik Qafqaz silsiləsinin cənub-şərq hissəsində, Araz çayı sahilində yerləşir. Ermənistan silahlı qüvvələri 1993-cü ilin oktyabrında bu bölgəni işğal etmiş, rayon uzun müddət düşmən işğalı altında qalmışdır. İşğal başladığı vaxt Zəngilan 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi.
2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi, Azərbaycanın işğal olunmuş torpaqlarını geri almaq siyasətinin strateji mərhələsi oldu. Cəbrayıl istiqamətində aparılan uğurlu hərbi əməliyyatlar Zəngilanın inzibati sərhədinə qədər irəliləməyə şərait yaratdı. Oktyabrın 20-də isə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək, Zəngilan rayonu daxil olmaqla bir sıra kəndlərin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi.Bu azad edilən kəndlər arasında Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı və başqaları var idi.
Günel Nəsibova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi