AnalitikaGündəm

20 noyabr – Ağdamın Şəhər günü

Şanlı tariximizdə qələbə, zəfər günləri bizlərə və gələcək nəsillərə ən qiymətli dəyər və mirasdır. Bu baxımdan 20 noyabr “Ağdam Şəhəri Günü “ordumuzun rəşadəti və Ali Baş Komandanın siyasi bacarığın bariz nümunəsidir.

Ötən əsrin 90 – cı illərində ölkəmizdə hərc-mərclik, özbaşınalığın hökm sürməsi, rəhbərliyin qətiyyətsizliyi, xarici təsirlər erməni işğalı üçün imkan yaratmışdır.. Nəticədə, bir çox ərazilərimiz, eyni zamanda 42 gün gərgin müqavimət göstərən, 6 min şəhid verən Ağdam şəhəri 23 iyul 1993 – cu il tarixində işğal olundu. Dünya ictimaiyyətin baş verən hadisələrə reaksiyası ikibaşlı xarakter daşıyırdı. 1993 – cü il 29 iyul tarixində BMT – nin Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin icrasına əməl edilmədi. Həmçinin ATƏT- in çağırışlarının heç bir əhəmiyyəti olmadı. Xarici havadarlarının yaxından dəstəyi ilə ermənilər uzun müddət işğalı prosesini  saxlaya bildilər.

Əlbəttə, Azərbaycan xalqı işğalla heç cür barışa bilməzdi. Ulu Öndərin ötən əsrin 90-ci illərində əsası qoyulmuş hərtərəfli quruculuq tədbirləri, islahatların keçirilməsi, möhkəm və güclü ordunun formalşadırılması, bütün prosesin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsi, ilk öncə torpaqlarımızın işğaldan azad olunmasına hesablabmışdı. 30 ilə yaxın müddətdə Azərbaycanın  iqtisadiyyatı bir neçə dəfə artaraq, Cənubi Qafqazın lider, aparıcı ölkəsinə çevrilmişdi. Həmçinin bölgədə söz sahibi, əsas güc mərkəzi kimi mühüm rola malik oldu. Bütün bunlar əsas verirdi ki, xalqımız işğalla heç vaxt  barışmayacaq. Cənab Prezident İlham Əliyev həmişə yüksək siyasi tribunalarda məsələnin dinc yolla həllinin tərəfdarı kimi mövqeyini nümayiş etdirmişdir.. Amma hər zaman  erməni siyasi liderləri qeyri-konstruktiv yanaşmışlar. “Qarabağ Ermənistandır və nöqtə”kimi sərsəm bəyanatları ermənilərin yeni ərazilərin iddiasında olduğunu göstərirdi.. Buna ilk tutarlı cavab  möhtərəm Prezidentimizın “Qarabağ Azərbaycandır və nida “bəyanatı oldu və bu ifadə Vətən Müharibəsində əsas qələbə şüarı kimi məşhurlaşdı.

27 sentyabr 2020-ci ildə ermənilərin geniş miqyaslı təxribatına qarşı xalqımızın Vətən Müharibəsinə başlaması tükənən səbr kasasının son damlası idi. 44 gün davam edən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. Qəhrəman ordumuzun rəşadəti, xalqımızın möhkəm birlik nümayiş etdirməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik bacarığı ilə böyük zəfər əldə olundu. Ümumiyyətlə, Vətən Müharibəsinin hər günü qələbə ilə başa çatırdı. 8 noyabr Şuşanın azad olunması qələbənin zirvəsinə çevrildi. 10 noyabr Ermənistanın kapitulyasiya aktına imza atması Vətən Müharibəsinin tarixi qələbəsi idi.

Üçtərəfli bəyanata əsasən 20 noyabr Ağdam, 25 noyabr Kəlbəcər, 1 dekabrda Laçının dinc yolla qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi bacarığın təzahürüdür. Cənab Prezident İlham Əliyev bütün bu tarixi zəfərləri əbədiləşdirmək üçün ardıcıl tədbirlər həyata keçirmiş və bu proses davam etmək etməkdədir. 2020 – ci il noyabrın 26 – da “Ağdamın azad olumasına görə”medalı təsis olundu. Bunun davamı olaraq 31 iyul 2023 – cü il sərəncamı ilə işğaldan azad olan ərazilər üzrə “şəhər günləri “ təsis edilmişdir. Eyni zamanda 20 noyabr   “Ağdam şəhəri  günü” kimi tariximizə daxil olmuşdur..

Ağdam günü gündən çiçəklənir, inkşaf edir. Ağdamın Baş Planına əsasən şəhərdə 5 məhəllənin yaradılması, bir əhəmiyyətli obyektlərin tikintisi, bərpası, kəndlərdə quruculuq işlərinin aparılması möhtərəm Prezidentimizin  bölgəyə yüksək qayğısıdır. 25 aprel 2024 – cu ildə Azərbaycan və Qırğızıstan prezidentlərin Ağdam səfəri, Cümə Məscidin açılışı,  Ağdam şəhərinə olan xüsusi diqqət və qayğının göstəricisidir. Hazırda Ağdam şəhərində və kəndlərində əsaslı quruculuq, bərpa işləri davam edir.. Yaxın gələcəkdə Ağdam şəhəri Cənubi Qafqazdın ən möhtəşəm şəhərlərindən biri olacaqdır.

Sahil Şirvanov.,
Xəzər rayonu, 334 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button