Siyasət

YAP nümayəndə heyəti Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyini ziyarət ediblər

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyini ziyarət ediblər.

Gundemws.az xəbər verir ki, görüşdə Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl, AK Parti millət vəkili Kemal Çelik, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və Milli Məclisin deputatları Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova çıxış edərək bu dərnəyin Azərbaycanın milli adət-ənənələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi, xalqımızın Ümumilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyası əsasında iki qardaş xalq arasında mövcud yüksək əlaqələrə töhfə verdiyini vurğulayıblar.

Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin bundan sonra daha da dərinləşməsi və inkişaf etdirilməsi istiqamətində səylərin artırılacağı ifadə edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button