YAP nümayəndə heyəti üzvləri Manisa şəhərinin Turqutlu rayonunda Azərbaycan Mədəniyyət Dərnəyini ziyarət ediblər
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti üzvləri Türkiyənin Manisa şəhərinin Turqutlu rayonunda Azərbaycan Mədəniyyət Dərnəyini ziyarət ediblər, azərbaycanlı əsilli Türkiyə vətəndaşları ilə görüşüblər.
Gundemws.az xəbər verir ki, görüşdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Manisanın Turqutlu rayonunun Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Ünal Kağba, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Mahir Abbaszadə, Malik Həsənov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd ediblər ki, Azərbaycan və Türkiyə Heydər Əliyevin də dediyi kimi “iki dövlət, tək millətdir”.
Sonda Mədəniyyət Dərnəyində xatirə şəkli çəkdirilib.