Beynəlxalq Riyaziyyat olimpiadasının mükafatlandırma mərasimi keçirilib
07.05.2023-cü il tarixində YAP Nizami rayon təşkilatı, LEAD Education Təhsil və İnkişaf Mərkəzinin və Gələcək Naminə İctimai Birliyinin əməkdaşlığı ilə 20-dən çox ölkənin şagirdlərinin iştirak etdiyi GJMAT Beynəlxalq Riyaziyyat olimpiadasının mükafatlandırma mərasimi keçirilib. Qeyd etmək lazımdır ki, olimpiyadada merit sertifikatlarla birlikdə 200-ə yaxın şagird müvəfəqiyyət əldə edib. Onlardan 3-ü qızıl, 12-si gümüş, 82-si bürünc və 112-si merit sertifikat qazanıb.
Gundemws.az xəbər verir ki, tədbir Azərbaycan respublikasının dövlət himni ilə açıq elan edilib sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən LEAD Education Təhsil və İnkişaf Mərkəzinin direktoru Eltac Cəbiyev bildirib ki, LEAD Education Təhsil və İnkişaf Mərkəzi dünyanın 20-dən çox ölkəsindən şagirdlərin iştirak etdiyi GJMAT, GJMOC, TIMO, HKIMO kimi beynəlxalq olimpiadalara ev sahibliyi edir. Bu olimpiyadalarda Çin Xalq Rsspublikası, Sinqapur, Qazaxıstan, Hong Kong SAR, Qırğızıstan, Hindistan, Laos, Şri Lanka, Özbəkistan, Tayvan, Kamboçya, Avstraliya, Flippin, Malayziya, Brazilya və nəhayət 2021-ci ildən Azərbaycan iştirak edir.
Sonra çıxış üçün söz YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqova verilib. Rəşadət Xalıqov öz çıxışı zamanı ölkə başçısı cənab İlham Əliyevin təhsilimizin inkişafı üçün gördüyü işlərdən bəhs edib, iştirakçıları əldə etdikləri müvəfəqiyyətlərə görə təbrik edib.
Tədbirə online formatda qoşulan Global Olympiads Academy-nin (GOA) prezidenti Debraj Chakravarty akademiyanın fəaliyyəti ilə bağlı məlumat verib, şagirdləri təbrik edib.
Öz çıxışı zamanı ÖNƏM tədris mərkəzinin direktoru Nuridə Əliyeva iştirakçıları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu edib.
Tədbirin ikinci hissəsində iştirakçıların təltifetməsi baş tutub. YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, LEAD Education Təhsil və İnkişaf Mərkəzinin direktoru Eltac Cəbiyev, Gələcək Naminə İctimai Birliyinin sədri Rəvan Cəfərli, Azərbaycan İncəsənət məktəbinin direktoru Tural Əliyev, LEAD Education Təhsil və İnkişaf Mərkəzinin direktor müavini Leyla Əsədova və Önəm tədris mərkəzinin direktoru Nuridə Əliyeva iştirakçılara sertifikatlarını təqdim ediblər.
Sonda LEAD Education Təhsil və İnkişaf Mərkəzinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib və kollektiv şəkil çəkdirilib.