Enerji təhlükəsizliyi ilə bağlı planlarımızı həmişə gələcəyi nəzərə alaraq tənzimləmişik
Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının müştərək işlənilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında müqavilə imzalanarkən qoyulmuşdur. Bu müqavilə dünyaya səs saldı və təsadüfi deyildir ki, ona “Əsrin müqaviləsi” adı verildi. Biz bu müqaviləni imzalayarkən, təbiidir ki, “Azəri-Çıraq-Günəşli” yataqlarından gələcəkdə ildə 50 milyon tondan artıq neft hasil edilməsini nəzərdə tutmuşduq. Ancaq hasil olan neft dünya bazarlarına çıxarılmalıdır. Bunun üçün müxtəlif yollar var idi, müxtəlif marşrutlar var idi. Ancaq biz Azərbaycan olaraq öz dostlarımızla – Türkiyə Cümhuriyyəti ilə, Gürcüstanla və təbiidir ki, bu layihədə iştirak edən şirkətlərlə birlikdə gələcəkdə hasil olunacaq nefti Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırmağı qərara aldıq. Heydər Əliyev 1999-cu ildə Dövlət Neft Fondunu yaratmaqla Azərbaycan Respublikasında qeyri-neft sektorunun gələcək inkişafına və şaxələndirilməsinə, neft kapitalının insan kapitalına çevrilməsinə yönəldilən siyasətin əsasını qoymuşdur. O, neft və qazdan əldə ediləcək gəlirləri əhalinin sosial problemlərinin həllinə yönəltmək təşəbbüsünü irəli sürmüşdür. Ötən müddət ərzində ölkənin sosial-iqtisadi inkişafına yönəldilən daxili investisiyanın xeyli hissəsi məhz bu fondun hesabına olmuşdur. Ulu öndər 1993-2003-cü illərdə uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə müstəqilliyimizin əbədi olmasını və Azərbaycanı siyasi-iqtisadi böhrandan, tənəzzül və xaosdan qurtularaq dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına yüksəlməsini təmin etmişdir. Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidməti Azərbaycanda demokratik, müstəqil, dünyavi və hüquqi dövlət qurmasıdır. Bu dövlət xalqımızın iqtisadi, siyasi və mənəvi sərvətidir. Azərbaycan dövlətini və onun iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin sosial-iqtisadi inkişafı üçün təcili tədbirlər görməyə başladı. Onun bilavasitə rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşdırılması məqsədilə qanunvericilik bazası yaradıldı, dövlət proqramları qəbul edildi, institutsional islahatlar aparıldı, mülkiyyət münasibətlərində əsaslı dəyişikliklər edilməsi üçün zəruri işlər görüldü. Ulu öndər tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf modelinin əsasını zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəyə, dünya iqtisadiyyatına sıx inteqrasiyaya və nəticə etibarilə əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanan sosialyönümlü bazar iqtisadiyyatının formalaşdırılması təşkil edirdi. Ümummilli lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da onun unikal, innovativ ideyaları yaşayır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq dövlətin tərəqqisi və milli iqtisadiyyatın davamlı inkişafı naminə müvəffəqiyyətlə həyata keçirilir.Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib: “Bakı-Tbilisi-Ceyhanın tutumu 50 milyon tondur. Bu, heç vaxt belə olmayıb. Lakin indi bizə Mərkəzi Asiyadan, Rusiyadan neft nəql olunur, bu mənbələrdən daha çox neft nəql olunacaq. Bizim “Şahdəniz”də kondensatımız var. Ümidvaram ki, bu il “Abşeron”dan və bir çox başqa yataqlardan kondensat hasil edəcəyik. Beləliklə, kəmərdə hətta bizim gözlədiyimizdən daha çox kondensat olacaq. Gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycandan olan neft və kondensat, həmçinin Mərkəzi Asiyadan neft sayəsində tam gücü ilə işləyəcək”. “Enerji təhlükəsizliyi ilə bağlı planlarımızı həmişə gələcəyi nəzərə alaraq tənzimləmişik”.
Mətanət Cəfərova,
YAP-ın fəalı