
Dövlətlər arasında dostluq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm etimad mühiti yaradır. Azərbaycan ilə Vyetnam arasında uzun illər ərzində formalaşmış əlaqələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tarixi dostluq bu gün qarşılıqlı ticarət, investisiya və birgə layihələr üçün əlverişli əsasdır.
İki ölkənin iqtisadiyyatları bir sıra istiqamətlərdə bir-birini tamamlamaq imkanına malikdir. Azərbaycanın enerji və tranzit potensialı, Vyetnamın istehsal və ixrac imkanları iqtisadi münasibətlərin genişləndirilməsi üçün perspektiv yaradır. Bu potensialın düzgün qiymətləndirilməsi qarşılıqlı ticarətin həcminin artırılmasına kömək edə bilər.
Enerji sahəsində mövcud tarixi əməkdaşlıq yeni iqtisadi təşəbbüslər üçün də baza rolunu oynayır. Azərbaycan və Vyetnam arasında ənənəvi enerji sahəsində əlaqələrlə yanaşı, bərpaolunan enerji layihələri üzrə əməkdaşlıq imkanları da genişlənir. Bu istiqamətdə texnologiya və investisiya mübadiləsi xüsusi əhəmiyyət kəsb edir.
İqtisadi münasibətlərin inkişafında biznes dairələrinin fəallığı vacib amildir. Sahibkarların görüşləri, sərgilər və investisiya forumları yeni tərəfdaşların tapılmasına və birgə layihələrin hazırlanmasına şərait yaradır. Dövlət dəstəyi ilə özəl sektorun təşəbbüslərinin uzlaşdırılması əməkdaşlığın səmərəsini artıra bilər.
Azərbaycan–Vyetnam dostluğunun iqtisadi dəyəri onun konkret nəticələrə çevrilməsi ilə daha aydın görünür. Ticarət, investisiya, istehsal və logistika sahələrində yeni layihələr iki ölkənin münasibətlərini daha möhkəm iqtisadi əsaslar üzərində inkişaf etdirə bilər.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



