AnalitikaGündəmSiyasət

Azərbaycan və Vyetnam arasında təhsil və elmi əlaqələrin inkişafı

Təhsil və elm hər bir xalqın tərəqqisini müəyyən edən, dövlətlər arasındauzunmüddətli əməkdaşlığın formalaşmasına xidmət edən mühüm sahələrdir. Azərbaycanla Vyetnam arasında bu istiqamətdə əlaqələrin tarixi köklərimövcuddur. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam XəbərAgentliyinə verdiyi müsahibədə təhsil və elmi əməkdaşlığa xüsusi diqqət yetirməsiiki ölkə arasında mövcud olan intellektual əlaqələrin daha da genişləndirilməsininəhəmiyyətini ortaya qoymuşdur. Dövlət başçısı bu sahədə əldə edilmiş tarixitəcrübəni və gələcək imkanları ətraflı şəkildə qeyd etmişdir.

Azərbaycanla Vyetnam arasında təhsil sahəsində əməkdaşlıq uzun illər əvvəlformalaşmağa başlamışdır. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşınınAzərbaycanda ali təhsil alması bu münasibətlərin ən mühüm tarixigöstəricilərindən biridir. Həmin şəxslər ölkəmizdə əldə etdikləri bilik və peşəbacarıqlarını sonradan Vyetnamın müxtəlif sahələrinin inkişafına yönəltmişlər. Bu fakt Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq miqyasda formalaşdırdığıəlaqələrin əhəmiyyətini göstərməklə yanaşı, xalqlar arasında yaranan dostluğuninsan amili üzərində qurulduğunu da təsdiqləyir.

Müsahibədə iki ölkənin aparıcı universitetləri arasında əməkdaşlıq sazişlərinin vəanlaşma memorandumlarının imzalanması da qeyd olunmuşdur. Bu sənədlər elmiaraşdırmaların, akademik mübadilənin və birgə təhsil təşəbbüslərinin inkişafı üçünyeni imkanlar yaradır. Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərinvətəndaşları üçün təsis etdiyi təhsil qrantı proqramları da Vyetnam gənclərininölkəmizdə təhsil almasına şərait yaradan mexanizmlərdəndir. Belə proqramlaryalnız peşəkar kadrların hazırlanmasına deyil, həm də gələcəkdə iki ölkə arasındaəlaqələrin inkişafında iştirak edəcək yeni nəsil mütəxəssislərin yetişməsinə xidmətedir.

2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirəotağının açılması Azərbaycan-Vyetnam münasibətlərinin tarixi və təhsilmüstəvisindəki əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Bu təşəbbüs iki ölkəningörkəmli şəxsiyyətlərinin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, gənc nəslindostluq tarixini daha yaxından öyrənməsinə imkan yaradır. Prezident İlham Əliyevin müsahibəsində təhsil və elmi əməkdaşlığa verdiyi önəm gələcəkdəuniversitetlərarası əlaqələrin, tələbə mübadiləsinin və birgə elmi layihələringenişləndirilməsi üçün mühüm istiqamətlər müəyyən edir.

Kamal Mustafayev,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button