Ağdamda sənətkarlıq və ənənəvi peşələrin yaşadılması

Ağdam tarixən öz mahir ustaları, xalçaçıları, misgərləri və ağacoyma sənətkarları ilə tanınan zəngin mədəniyyət mərkəzi olub. Böyük Qayıdış prosesi çərçivəsində şəhərin maddi-mədəni irsinin bərpası ilə yanaşı, nəsildən-nəslə ötürülən ənənəvi peşələrin yaşadılması da xüsusi əhəmiyyət daşıyır. Sənətkarlıq emalatxanalarının və yaradıcılıq mərkəzlərinin yaradılması bu nadir bacarıqların gənc nəslə öyrədilməsinə imkan verir.
Ənənəvi peşələrin inkişafı həm milli kimliyimizin qorunmasına, həm də yerli turizm potensialının zənginləşməsinə xidmət edir. Ağdama gələn qonaqlar üçün yerli ustaların əl işlərindən ibarət suvenirlər və sənət nümunələri şəhərin tarixi ruhunu əks etdirən dəyərli yadigarlara çevrilir. Bu sahə həmçinin ailə bizneslərinin və özünüməşğulluğun genişlənməsinə töhfə verir.
Sənətkarlıq ənənələrinin dirçəldilməsi Ağdamın mədəni simasını daha da zənginləşdirir. Keçmişin yaradıcı irsini müasir dövrlə birləşdirən bu təşəbbüslər şəhərin mənəvi həyatına rəng qatır.
Nuray Kərimli,
YAP Nizami rayon təşkilatının fəalı



