Ağdamda Böyük Qayıdışın davamlılığı və gələcək nəsillərin rifahı

Ağdamda Böyük Qayıdışın davamlılığı və gələcək nəsillərin rifahı
Ağdamın işğaldan azad olunması ilə başlanan yeni dövr yalnız keçmişin bərpası deyil, həm də gələcək nəsillər üçün etibarlı və firavan gələcəyin qurulmasıdır. Şəhərdə yaradılan yaşayış, təhsil, səhiyyə, mədəniyyət, iqtisadi və ekoloji infrastruktur məskunlaşmanın uzunmüddətli və dayanıqlı olmasını təmin edir. Hər bir tamamlanan layihə şəhərin gələcək inkişafına yeni dayaq yaradır.
Doğma yurda qayıdan ailələrin rahatlığı, gənclərin təhsil və əmək imkanları, yaşlıların qayğı ilə əhatə olunması cəmiyyətin bütövlüyünü və rifahını möhkəmləndirir. Ağdamda formalaşan müasir və canlı şəhər mühiti gələcək nəsillərə layiqli miras kimi ötürülür.
Ağdamın davamlı dirçəlişi xalqımızın əzmkarlığının, quruculuq iradəsinin və sabaha olan inamının canlı təcəssümüdür. Bu torpaqda inkişaf və rifah daim irəli aparılır.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



