AnalitikaGündəmSiyasət

Dublin Bəyannaməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini nümayişetdirir

Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olması regionun gələcəkinkişafını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan bu istiqamətdə ardıcıl və prinsipialmövqe sərgiləyərək münaqişədən sonrakı dövrdə yaranmış yeni reallıqların beynəlxalq hüququntələblərinə uyğun şəkildə qəbul edilməsinə, eləcə də dövlətlər arasında münasibətlərinnormallaşmasına xüsusi önəm verir. Noyabrın 12-də Dublin şəhərində AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanan Strateji Tərəfdaşlıq haqqında BirgəBəyannamə bu baxımdan mühüm siyasi əhəmiyyətə malikdir. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin nəticələrinin əhəmiyyətinin qeyd olunması, AzərbaycanlaErmənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilən irəliləyişlərinmüsbət qarşılanması və Böyük Britaniyanın davamlı sülhün təmin olunması səylərinə dəstəyinibildirməsi ölkəmizin təşviq etdiyi sülh siyasətinin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərir.

Birgə Bəyannamədə əksini tapan bu yanaşma Böyük Britaniyanın regionda baş verən proseslərəmünasibətinin əsas prinsiplərini aydın şəkildə ortaya qoyur. Belə ki, uzunmüddətli sabitliyin əldəolunması hər hansı birtərəfli mövqe əsasında deyil, dövlətlərin suverenliyinə, müstəqilliyinə vəərazi bütövlüyünə ehtiram göstərilməsi, beynəlxalq hüquq normalarının qorunması və birbaşatəmasların inkişaf etdirilməsi ilə mümkündür. Bəyannamədə BMT Nizamnaməsininmüddəalarına və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığıprinsipinə diqqət yetirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan uzun müddətdir ki, məhz bu fundamental prinsiplərin qorunmasını müdafiə edir və regionda dayanıqlı sülhünqarşılıqlı etimadın yaradılması, tərəflərin qanuni maraqlarının nəzərə alınması yolu ilə təminedilə biləcəyini bəyan edir. Böyük Britaniyanın Azərbaycan və Ermənistan arasında birbaşadialoqun davam etdirilməsinə, eləcə də davamlı sülhə nail olunmasına verdiyi dəstəknormallaşma prosesinin beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir.

Bəyannamənin diqqət çəkən digər mühüm istiqaməti regional sabitliyin iqtisadi əməkdaşlıq vənəqliyyat əlaqələrinin genişləndirilməsi ilə əlaqələndirilməsidir. Sənəddə Orta Dəhlizininkişafına, nəqliyyat, logistika və infrastruktur təşəbbüslərinin həyata keçirilməsinə dəstəkgöstərilməsi təsadüfi deyil. Çünki etibarlı və təhlükəsiz nəqliyyat marşrutlarının mövcudluğuregion dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına, yeni investisiya imkanlarının yaranmasına və qarşılıqlı əməkdaşlığın güclənməsinə şərait yaradır. Bu mövqe Azərbaycanın irəli sürdüyü TRİP layihəsinin əsas hədəfləri ilə də üst-üstə düşür. Maneəsiz, təhlükəsiz və etibarlı nəqliyyat bağlantılarının yaradılması regionun iqtisadiimkanlarının daha səmərəli istifadəsinə, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizləriningenişləndirilməsinə və alternativ marşrutların formalaşmasına mühüm töhfə verə bilər. BöyükBritaniyanın Orta Dəhlizin və regional bağlantıların inkişafına müsbət münasibət bildirməsiAzərbaycanın müəyyənləşdirdiyi strateji prioritetlərin beynəlxalq tərəfdaşlar tərəfindən diqqətlənəzərə alındığını təsdiqləyir.

Nəticə etibarilə, Dublin şəhərində imzalanmış Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniyamünasibətlərində yeni mərhələnin əsasını qoymaqla yanaşı, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın bir-birini tamamlayan mühüm istiqamətlər olduğununümayiş etdirir. Azərbaycanın regionda irəli sürdüyü təşəbbüslərin beynəlxalq səviyyədə dəstəkqazanması gələcək inkişaf və sabitlik perspektivlərinə inamı artırır. Sənədin əsas siyasimahiyyəti ondan ibarətdir ki, tərəflər regional təhlükəsizliyin yalnız ümumi siyasi bəyanatlarladeyil, qarşılıqlı dialoqun genişləndirilməsi, beynəlxalq hüquq prinsiplərinə hörmət və konkretəməkdaşlıq layihələrinin həyata keçirilməsi vasitəsilə möhkəmləndirilməsinin vacibliyini birdaha təsdiqləyirlər.

Rəşad Əsgərov,
SOCAR “Kompleks qazma işləri” Trestinin müdiri, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri

 

Oxşar Xəbərlər

Back to top button