AnalitikaGündəmSiyasət

Azərbaycan Konstitusiyası – dövlətçiliyimizin təməli, hüquqlarımızın təminatçısı

Hər bir xalqın tarixində onun dövlətçilik ənənələrini, milli kimliyini və gələcəyə olan inamını əksetdirən mühüm hadisələr vardır. Azərbaycan xalqı üçün belə əlamətdar günlərdən biri də 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. Bu tarix müstəqil dövlətimizinhüquqi əsaslarının möhkəmləndirilməsinin, demokratik prinsiplərə və insan hüquqlarına verilənyüksək dəyərin rəmzidir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş müstəqil

Azərbaycan Respublikasının ilk Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə

həyata keçirilən dövlət quruculuğu prosesinin ən mühüm nailiyyətlərindən biri olmuşdur. Əsas

Qanunumuz ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsaslarını

müəyyənləşdirmiş, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını dövlətin ali

məqsədlərindən biri kimi təsbit etmişdir.

Konstitusiya yalnız dövlətin idarə olunmasını tənzimləyən hüquqi sənəd deyil, eyni zamanda

cəmiyyətin mənəvi dəyərlərini, sosial ədalət prinsiplərini və insan ləyaqətinə hörməti özündə

birləşdirən ali qanundur. Onun hər bir müddəasının arxasında insan amili, vətəndaşın rifahı və

gələcək nəsillərin təhlükəsiz, sağlam cəmiyyətdə yaşamaq arzusu dayanır.

Bir həkim-terapevt olaraq mənim üçün Konstitusiyamızın ən mühüm müddəalarından biri

insanın sağlamlığının qorunması hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 41-

ci maddəsində hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ təsbit edilmişdir.

Bu müddəa dövlətimizin insan həyatına və sağlamlığına verdiyi dəyərin bariz ifadəsidir.

Həkimlik yalnız peşə deyil, həm də böyük mənəvi məsuliyyət, insanlara xidmət və onların

həyatına ümid bəxş etmək missiyasıdır. Hər gün müxtəlif sağlamlıq problemləri ilə üzləşən

insanlara yardım göstərərkən bir daha anlayırıq ki, sağlam vətəndaş sağlam ailənin, sağlam ailə

isə güclü cəmiyyətin təməlidir. İnsan sağlamlığının qorunması, tibbi xidmətin əlçatanlığının

artırılması və cəmiyyətin sağlam həyat tərzinə təşviq edilməsi dövlətimizin sosial inkişafı

baxımından mühüm əhəmiyyət daşıyır.

Yeni Azərbaycan Partiyasının təmsilçisi və təşkilat sədri olaraq hesab edirəm ki,

Konstitusiyamızın müəyyən etdiyi dövlətçilik prinsiplərinə sadiqlik hər bir vətəndaşın mənəvi

borcudur. Ümummilli Lider Heydər Əliyevin siyasi irsində mühüm yer tutan dövlətə və xalqa

xidmət amalı bu gün də ictimai fəaliyyətimizdə məsuliyyətimizi müəyyənləşdirən əsas

dəyərlərdəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı, sosial

rifahın yüksəldilməsi, səhiyyə sisteminin təkmilləşdirilməsi və dövlətçilik ənənələrinin

möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Konstitusiyada təsbit olunmuş

prinsiplərin ictimai həyatımızda əhəmiyyətini bir daha göstərir.

Bu gün müstəqil Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması

Konstitusiyamızın dövlətçilik baxımından daşıdığı mənanı daha da gücləndirir. Dövlətimizin

gücü yalnız iqtisadi və siyasi nailiyyətlərində deyil, həm də qanuna hörmət edən, Vətənini sevən,

hüquq və vəzifələrini dərk edən vətəndaşlarının birliyindədir.

Bizlər – həm tibb işçiləri, həm də ictimai-siyasi həyatda fəal iştirak edən vətəndaşlar olaraq – öz

fəaliyyətimizlə insanlara xidmət etməli, milli-mənəvi dəyərlərimizi qorumalı və gələcək nəsillərə

hüquqi dövlətə hörmət hissini aşılamalıyıq. Çünki Konstitusiyaya hörmət, ilk növbədə, insana,

onun hüquqlarına, azadlığına və ləyaqətinə hörmət deməkdir.

12 Noyabr – Konstitusiya Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, dövlətimizə daim

qüdrət, xalqımıza sülh, sağlamlıq, birlik və firavanlıq arzulayıram.

Konstitusiyamız müstəqilliyimizin hüquqi dayağı, dövlətçiliyimizin sarsılmaz təməli və

gələcəyimizin etibarlı təminatçısıdır!

 

Arzu Əliyeva,
4 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti

 

Oxşar Xəbərlər

Back to top button