AnalitikaGündəmSiyasət

Azad Qarabağ Torpaqlarında Dalğalanan Azərbaycan Bayrağı

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı yenidən ucaldıldı. Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Cəbrayılda və digər qədim yurdlarımızda dalğalanan üçrəngli bayrağımız illərlə həsrətində olduğumuz ədalətin bərpası idi. Şəhidlərimizin qanı ilə azad edilən bu torpaqlarda sancılan bayraq qələbəmizin əbədi nişanesidir.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağını ucaltması hər bir azərbaycanlının ürəyinə su səpdi və tariximizə qızıl hərflərlə yazıldı. Həmin müqəddəs anlarda yaşanan göz yaşları və qürur hissi xalqımızın əyilməz iradəsinin təntənəsi idi. Azad olunmuş torpaqlardakı bayraq hər bir əsgərimizin şücaətinin nəticəsidir.

Bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir kəndində, şəhərində dalğalanan Azərbaycan bayrağı quruculuq işlərinin və dirçəlişin əsas simvoludur. Bərpa olunan yollar, tikilən obyektlər və məktəblər fonunda ucalan bayraq həmin torpaqların əbədi olaraq sahibinə qayıtdığını göstərir. Bu zəfər bayrağı gələcək nəsillərə ötürüləcək ən qiymətli əmanətdir.

Azərbaycan bayrağı artıq əzəli torpaqlarımızda əbədi olaraq dalğalanmaqdadır və heç vaxt oradan enməyəcəkdir. Bu, qalib xalqın qürur mənbəyi və sarsılmaz suverenliyinin təminatıdır. Azərbaycan bayrağı Qarabağın azadlıq tacıdır.

Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button