AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

 Zəfərdən Sonrakı Regional Sülh və Əməkdaşlıq İmkanları

8 Noyabr Zəfəri Cənubi Qafqaz regionunda otuz ilə yaxın davam edən münaqişəyə son qoyaraq tamamilə yeni geosiyasi reallıq yaratdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar olması üçün təşəbbüskar tərəf kimi çıxış etməyə başladı. Qalib dövlət olaraq ölkəmiz müharibə səhifəsini bağlayıb əməkdaşlıq səhifəsini açmağı təklif edir.

Regionda kommunikasiyaların açılması, nəqliyyat və ticarət əlaqələrinin bərpası bütün Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına xidmət edə bilər. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq hüququn prinsiplərinə – dövlətlərin suverenliyinə və sərhədlərin toxunulmazlığına hörmətə əsaslanır. Bu ədalətli mövqe regionun gələcək rifahı üçün ən optimal yoldur.

Yeni reallıqlar çərçivəsində həyata keçirilən infrastruktur layihələri bölgəni Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağına çevirir. Qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafı regional sabitliyi daha da möhkəmləndirir. Azərbaycan öz gücü ilə yaratdığı bu yeni düzəndə sülhün əsas qarantı rolunu oynayır.

Zəfər Günü həm də bölgəmizə sülh, sabitlik və tərəqqi gətirən bir dönüş nöqtəsidir. Güclü Azərbaycan hər zaman sülh tərəfdarıdır, lakin bu sülh yalnız ədalət və qarşılıqlı hörmət əsasında qurula bilər. Qələbəmiz gələcək nəsillərə dinc və təhlükəsiz bir region miras qoymaq imkanını yaratdı.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının “Ə.Kürçaylı küçəsi, 17” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button