
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın dövlətçilik tarixini, azadlıq arzusunu vəmüstəqillik uğrunda mübarizəsini özündə birləşdirən ən mühüm milli rəmzlərdəndir. Bubayrağın tarixi Azərbaycan xalqının siyasi özünüdərkinin yüksəlişi, müasir dövlət quruculuğuideyalarının formalaşması və milli iradənin yenidən təsdiqlənməsi ilə sıx bağlıdır. Üçrənglibayrağımızın keçdiyi tarixi yol xalqımızın mürəkkəb sınaqlar qarşısında öz kimliyini qorumaq, dövlətçilik ənənələrini yaşatmaq və azad gələcəyə qovuşmaq əzmini aydın şəkildə nümayişetdirir.
XX əsrin əvvəllərində dünyada baş verən siyasi dəyişikliklər bir çox xalqların milli dövlətçilikarzularının güclənməsinə səbəb oldu. Azərbaycan xalqı da öz siyasi gələcəyinimüəyyənləşdirmək, milli maraqlarını qorumaq və müstəqil dövlət qurmaq məqsədilə tarixiaddım atdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızındövlətçilik tarixində yeni səhifə açdı. Cümhuriyyətin qurulması milli özünüdərkin, azadlıqdüşüncəsinin və müasir idarəçilik prinsiplərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyırdı. Yeni dövlətin özünəməxsus rəmzlərə sahib olması da bu siyasi iradənin mühüm ifadəsi idi.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı milli kimliyin, müasir inkişaf düşüncəsininvə mənəvi dəyərlərin vəhdətini ifadə edirdi. Bayrağın rəngləri dövlətin ideoloji əsaslarını əksetdirir, xalqın tarixi kökləri ilə gələcək məqsədləri arasında əlaqə yaradırdı. Bu rəmzCümhuriyyətin siyasi həyatında mühüm yer tutmaqla yanaşı, Azərbaycan xalqının millişüurunda da xüsusi mövqe qazandı. Bayrağın qəbul edilməsi yeni dövlətin yalnız inzibati qurumdeyil, öz tarixi və mənəvi dayaqları olan milli siyasi birlik kimi formalaşdığını göstərirdi.
Cümhuriyyətin mövcudluğu uzun sürməsə də, onun dövlətçilik irsi sonrakı nəsillərə mühüm təsirgöstərdi. 1920-ci ildə Azərbaycanın sovetləşdirilməsi nəticəsində üçrəngli bayraq rəsmi dövlətrəmzi kimi istifadədən çıxarıldı. Bununla belə, xalqın müstəqillik arzusu və milli dövlətçilikdüşüncəsi tamamilə yox olmadı. Tarixi yaddaşda qorunan Cümhuriyyət idealları zaman keçdikcəyenidən aktuallıq qazandı. Milli mədəniyyətə, ana dilinə və tarixi irsə marağın yaşadılmasıxalqın öz kökləri ilə əlaqəsini qoruyan əsas amillərdən biri oldu.
XX əsrin sonlarında Sovet İttifaqında baş verən siyasi proseslər Azərbaycanın milli azadlıqhərəkatına yeni təkan verdi. Cəmiyyətdə müstəqillik, suverenlik və milli hüquqlar haqqındadüşüncələr gücləndi. Bu dövrdə üçrəngli bayraq yenidən xalqın azadlıq arzularının görünənrəmzinə çevrildi. Onun ictimai məkanlarda görünməsi milli dövlətçilik ənənələrinin bərpasıistəyini ifadə edirdi. Bayraq artıq yalnız keçmiş Cümhuriyyətin xatirəsi deyil, müstəqilAzərbaycanın gələcək dövlət rəmzi kimi qəbul olunurdu.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrənglibayrağın qaldırılması bu prosesin mühüm mərhələsi oldu. Heydər Əliyevin sədrliyi ilə keçirilənsessiyada milli bayrağın dövlət rəmzi kimi bərpası istiqamətində qərar qəbul edildi. Bu hadisəAzərbaycanın müstəqilliyə doğru hərəkətində xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyırdı. Naxçıvanda atılan həmin addım milli irsin qorunmasına, tarixi varisliyin bərpasına və üçrənglibayrağın ümumxalq rəmzi kimi mövqeyinin möhkəmlənməsinə xidmət etdi.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı dövlət bayrağıkimi qəbul etdi. Həmin ilin oktyabrında dövlət müstəqilliyinin bərpası ilə bayraq suverenAzərbaycanın əsas atributlarından biri kimi təsdiqləndi. Beləliklə, 1918-ci ildə əsası qoyulmuşmilli rəmz müasir Azərbaycan dövlətçiliyində öz layiqli yerini yenidən tutdu. Bu hadisələrgöstərdi ki, tarixdə fasilələr yaransa da, xalqın milli kimliyi və dövlətçilik düşüncəsiyaşadıldıqda özünü yeni şəraitdə bərpa etmək gücünə malikdir.
Müstəqilliyin ilk illərində Azərbaycan müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik problemləri iləüzləşdi. Dövlət institutlarının möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkəningələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi mühüm vəzifələr idi. Bu şəraitdə dövlətrəmzlərinin qorunması cəmiyyətin vahid ideya ətrafında birləşməsində əhəmiyyətli roloynayırdı. Bayraq vətəndaşlara Azərbaycanın müstəqil dövlət olduğunu, milli maraqlarınmüdafiəsinin ümumi məsuliyyət təşkil etdiyini xatırladırdı.
2009-cu ildə noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi təsis edilməsi üçrəngli bayrağın ictimaivə mənəvi əhəmiyyətini daha da artırdı. Hər il qeyd olunan bu əlamətdar gün Cümhuriyyətirsinin öyrənilməsi, dövlət rəmzlərinə hörmətin gücləndirilməsi və gənc nəslin milli tarixəbağlılığının möhkəmləndirilməsi üçün geniş imkan yaradır. Təhsil müəssisələrində keçiriləntədbirlər, sərgilər, maarifləndirici layihələr və ictimai mərasimlər bayrağın keçdiyi tarixi yolunyeni nəsillərə çatdırılmasına xidmət edir.
2020-ci ildə Vətən müharibəsində əldə edilən qələbə üçrəngli bayrağın tarixində yeni və qürurlusəhifə açdı. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalanması müstəqilliktariximizin mühüm hadisəsinə çevrildi. Bayraq artıq yalnız dövlət suverenliyinin deyil, həm dəərazi bütövlüyünün bərpasının və xalqın uzunmüddətli arzusunun gerçəkləşməsinin rəmzi kimidaha geniş məna qazandı. Bu tarixi mərhələ bayrağımızın milli yaddaşdakı yerini daha damöhkəmləndirdi.
Bu gün üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin irsi ilə müasir dövlətimizin inkişafyolunu birləşdirir. Onun tarixi keçmişin qorunması ilə yanaşı, gələcəyə məsuliyyətlə yanaşmağında vacibliyini göstərir. Bayrağımızın mənasını dərk etmək, onu qorumaq və gələcək nəsillərəçatdırmaq hər bir vətəndaşın mənəvi borcudur. Üçrəngli bayrağımız xalqımızın azadlıqarzusunun, dövlətçilik iradəsinin və milli qürurunun əbədi rəmzi olaraq daim ucadalğalanmalıdır.
Təhminə Məmmədova,
YAP Xətai rayon təşkilatının fəalı



